Kompüter texnikası və proqramlaşdırma (Qurbanov A., E.Məmmədov, A.Hüseynova)


Kompüter texnikası və proqramlaşdırma (Qurbanov A., E.Məmmədov, A.Hüseynova)


Kitab Ali məktəblərin bakalavr təhsil pilləsi üçün hazırlanmışdır. Dərslikdə kompüter və telekommunikasiya texnikası, kompüter şəbəkəsində informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, Turbo Pascal 7.0 alqoritmik dili haqqında mövzular şərh olunmuşdur.

Müəlliflər: Qurbanov A., E.Məmmədov, A.Hüseynova
Format: PDF
Səhifə sayı: 167

ÖN SÖZ

Tarixən informasiyanın ifadə edilməsi və yadda saxlanılması t ələbatı nitqin, yazının və t əsviri incəsənətin yaranmasına səbəb olmuşdur. Sonralar informasiyanın saxlanılması və mübadiləsi tələbatı kitab çapının və poçtun yaradılmasına gətirib çıxarmış, teleqraf, telefon, radio və televiziyanın yaranması böyük mətn informasiya selinin və təsvirinin işıq sürəti ilə ötürülməsinə imkan vermişdir. Lakin bu informasiyanın məqsədyönlü işlənməsi kompüter texnologiyası yaranana qədər yalnız insan tərəfindən yerinə yetirilirdi. Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək, elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə çevirilmişdir. Kompüter texnikasının tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən dəyişdirilməsinə, əmək məhsuldarlığının artmasına, insanların əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Kompüter texnologiyası h əmçinin qlobal informasiya mühitinin yaradılmasında, informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik bazarının yaradılmasında və inkişafında, təhsil sisteminin təkmilləşməsində, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır. Kompüterlərə mexaniki və yorucu işləri həvalə etməklə insan yaradıcı fəaliyyət üçün azad olunur. İstifadəçi kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq başlanğıc informasiyalar, səhvsiz alqoritm və s əmərəli proqram təminatına malik olmalıdır. Belə proqramların yaradılması isə kompüter texnikasının arxitekturasını v ə funksional imkanlarını, alqoritmik dilləri bilməyi və proqramlaşdırma vərdişinə malik olmağı t ələb edir. Buna
4 görə d ə ali məktəblərin texniki və informasiya profilli fakültələrində kompüter texnikası v ə proqramlaşdırma fənninin tədrisi və onların tədrisinin keyfiyyət və k əmiyyət baxımından yüksəldilməsi müasir dövrün tələbidir. Bunun üçün də ilk növbədə müasir təlabata cavab verən dərslik və dərs vəsaitləri hazırlanmalı və nəşr olunaraq tədrisdə istifadə edilməlidir. Bu baxımdan, dosent A.İ.Qurbanovun, E.M.Məmmədovun və A.S.Hüseynovanın ali məktəblərin bakalavr təhsil pilləsi üçün birgə hazırladıqları «Kompüter texnikası v ə proqramlaşdırma» adlı d ərsliyi mühüm əhəmiyyət daşıyır. Dərslik eyni adlı fənnin profilinə və fənn proqramına uyğun yazılmışdır. Dərslikdə kompüter və telekommunikasiya texnikası, kompüter şəbəkəsində informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, əsas tədris alqoritmik dili hesab olunan Turbo Pascal 7.0 alqoritmik dili haqqında mövzular şərh olunmuşdur. Dərslik həddən artıq oxunaqlı olub, sadə dildə yazılmış, şərh olunan mövzularda çoxsaylı misallar, şəkillər, qrafik və cədvəllər verilmişdir.

Kompüter texnikası və proqramlaşdırma (Qurbanov A., E.Məmmədov, A.Hüseynova)
faylda virus göstərir, yüklənmir, nə etməliyəm? Faylı yükləmək icazəniz yoxdur. İlk öncə qeydiyyatdan keçin

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar