Dünyanın ən köhnə xəritəsi tapılıb


Dünyanın ən köhnə xəritəsi tapılıbİspaniyanın şimalındakı Navarra bölgəsində təxminən 14 min il əvvələ aid olan xəritə tapılıb. SİA-nın məlumatına görə, arxeoloqlar bildiriblər ki, Abauntzdakı mağarada tapılan bu xəritə dünyanın ən köhnə xəritəsidir. Qaya üzərində oyularaq çəkilən xəritədə yaşanan bölgə ətrafındakı dağ və çaylar, ov və yemək üçün uyğun olan sahələri göstərilib.
Qeyd edək ki, uzun müddət araşdırılan bu xəritənin bölgəni göstərən eskiz olduğu qətiliklə sübut edilib.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar