Kosmosa səyahət üçün 30 milyon dollar


Kosmosa səyahət üçün 30 milyon dollarKosmosa səfər edəcək 6-cı milyonçu turist müəyyənləşib.

Bu, ABŞ-lı kosmonavt Oven Garriotun oğlu, kompyuter oyunları istehsal edən şirkətin sahibi Riçard Garriotdur. Artıq Garriot sentyabr ayına planlaşdırılan səfərin hazırlığına başlayıb. O, kosmik macəraya görə tələb olunan 30 milyon dolları da ödəyib. Uçuş barədə açıqlama verən Riçard Garriot kosmosun onun həyatında vacib rol oynadığını deyib: “Kosmos mənim üçün ən vacib şeyə çevrilməkdədir. Uçmaq həvəsi mənim yerdəki fəaliyyətlərimi ikinci plana keçirəcək”.
Rusiya Federal Kosmik Tədqiqatlar Mərkəzi və ABŞ-ın “Adventures” firması arasındakı razılaşmaya əsasən, Garriot iki peşəkar kosmonavtla Beynəlxalq Kosmik Stansiyaya səfər edəcək. Garriot macərasına əlavə olaraq kosmosda gəzinti üçün 15 milyon dollar ödəməyi düşünür. Milyonçu uçuşdan öncə Rusiyada 6 həftə keçirəcək və burada tibbi müayinədən keçməklə yanaşı, “Soyuz” kosmik gəmisi ilə tanış olacaq. Bundan sonra Garriott Qazaxıstanda yerləşən “Boykonur” Kosmik Bazasına yollanacaq.
Xatırladaq ki, “Soyuz” kosmik gəmisi ilə Yerin orbitindəki stansiyaya turist daşınması ənənəsinin təməli 2001-ci ildə qoyulub. Bu hadisə amerikalı iş adamı Dennis Titonun adı ilə bağlıdır. Garriotdan əvvəl kosmosa səfər edən 5 milyonçudan hər biri ruslara 20 milyon dollar ödəmişdilər.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Android & Symbian
Pulsuz Google
Ovi
Ovi
Biz sosial şəbəkələrdə
Sayğaclar