Facebook virusu + MalwareBytes 1.50.1.1100 (Unattended by Delphi7)
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Facebookda daha bir yeni virus yayılıb. Virus istəyinizdən asılı olmayaraq Facebook dostlarınıza aşağıdakı məzmunda mesajlar göndərə bilər:
"Did you see how will u look like in 20 years from now? lol : bit.ly/dUzKS7"
Öncədən bütün istifadəçilərə bu məzmunda göndərilən mesajların tərkibində olan saytların (URL linklərin) üzərinə tıklamamağı tövsiyyə edirik. Əgər göndərilmiş linkin üzərinə tıklasanız onda avtomatik olaraq yeni spam səhifəsinə yönləndiriləcəksiniz ki, bu da sonda sizin kompüterinizin də həmin virusa yoluxmasına səbəb olacaq. Əgər səhvən həmin linkin üzərinə tıklamasınızsa onda dərhal Facebook hesabınızı tərk edin (Logout) və istifadə etdiyiniz brauzerin tarixini (History) tamamilə silin. Bundan əlavə Fakto.info olaraq bu dəfə sizə istifadəçilərin kütləvi narazıçılığına səbəb olan həmin virusun silinmə qaydasını da təqdim edirik.Virusun silinməsindən ötrü ilk öncə kompüterinizə MalwareBytes adlı proqramı yükləyin.Daha sonra bu proqram sayəsində kompüterinizi yoxlayın (scan edin). Və sonda "scan" əməliyyatı başa çatdıqdan sonra kompüterinizdə olan həmin virus avtomatik silinəcək.
Proqramlar, son yeniliklər telegramda