Facebookda 10 təhlükəsizlik nizamı
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Təxminən 600 milyon üzvə sahib olan Facebookda gizlilik çox böyük əhəmiyyət daşıyır. Fakto.info olaraq ötən xəbərlərimizin birində sizə "Bəlkə sizin də şəxsi məlumatlarınız Facebookdan oğurlanıb?!" başlıqlı xəbər təqdim etmişdik. Bu dəfə isə sizə ötən mövzu ilə əlaqədar olaraq Facebookda bilməniz lazım olan 10 təhlükəsizlik nizamını təqdim edirik.
Facebookda PaylaşmaHesab/Məxfilik Tənzimləmələri/Facebook-da Paylaşma
Təməl nizamlarınıza (default) daxil olduğunuzda, əgər gizliliyə əhəmiyyət verirsinizsə, onda əsla görünməyinizi "Hamı" olaraq işarələməyin. Hətta burada edəcəyiniz ən yaxşı nizam, fərdiləşdirmək olacaq. Bunu da "Ayarları fərdiləşdirin"i seçərək edə bilərsiniz. Dərhal səhifənin aşağısında yerləşən "Ayarları fərdiləşdirin" seçməklə, bu hissədən nizamlarınızı ayrı-ayrılıqda fərdiləşdirə bilərsiniz. Bundan əlavə, olduğunuz hazırki səhifədə, "Profilimin Öngörüntüsü" variantını seçməklə, kənar şəxslərin profilinizi necə görəcəyinə baxa bilərsiniz.
Əgər xüsusi şəxslərə limitli profil seçimi təyin etmisinizsə onda səhifənin üzərində yerləşən "qutu"ya istədiyiniz dostunuzun adını yazaraq, həmin adamın sizin profilinizi necə görəcəyinə öncədən baxa bilərsiniz.
Albom Gizliliyini Təşkil etHesab/Məxfilik Tənzimləmələri/Facebook-da Paylaşma/Ayarları fərdiləşdirin
Ayarları fərdiləşdirin seçdikdə, "Paylaşdıqlarım" başlığı altında, "Mövcud şəkillər üçün albom məxfiliyini dəyişin" hissəsini görəcəksiniz. Buradan, hansı fotoşəkil albomuna, kimlərin baxmasına icazə verməyinizi təyin edə bilərsiniz.
Bu hissəni mütləq nizamlamalısınız, əks halda, sizin hər hansı bir şəklinizə dostunuz şərh yazdığında, onda dostunuzun dostları da, şərhə baxmaq üçün albomunuzda "gəzməyə" başlaya bilər.
Dost EtiketləriHesab/Məxfilik Tənzimləmələri/Facebookda paylaşma/Ayarları fərdiləşdirin/Dostlarım məni Məkanlar'da qeyd edə bilərlər
Əgər dostlarınızın sizin yerinizi bildirməsini istəmirsinizsə, onda mütləq bu nizama düzəliş etməlisiniz. "Ayarları fərdiləşdirin" hissəsində, "Dostlarım məni Məkanlar'da qeyd edə bilərlər" qarşısında yerləşən "Ayarlara düzəliş" variantını seçin və açılan pəncərədə, sağ üst küncdə yerləşən nizamı "Disabled" (yəni bağlı) hala gətirin.
Facebookda Əlaqə QurmaHesab/Məxfilik Tənzimləmələri/`Facebook`da Əlaqə
Bu hissədə, axtarış nəticələrinə necə çıxdığınız və buradan, profilinizə baxanların qarşılaşacağı məzmunların nizamları var. Məsələn dost siyahınızı hər kəsdən gizlədə bilərsiniz və ya sizə kimlərin mesaj göndərə biləcəyini də bu hissədən nizamlaya bilərsiniz.
Əgər tanımadığınız şəxslər tərəfindən tez-tez dost siyahısına əlavə olunmaqdan bezmisinizsə onda, axtarışlarda görünməyinizi məhdudlaşdırmaqla, bu problemi asanca həll edə bilərsiniz
Proqramlar, Oyunlar və İnternet SaytlarıHesab/Məxfilik Tənzimləmələri/Tətbiq və Vebsaytlar
İstifadə etdiyiniz tətbiqləri buradan idarə edə bilərsiniz. "Ayarlarınızı dəyişin" tıklayaraq, seçdiyiniz tətbiqin məxfilik məlumatlarına müraciət edə bilər və tətbiq sayəsində, istehsalçının sizin hansı məlumatlarınızı əldə etdiyini görə bilərsiniz.
Əgər şəxsi məlumalarınızın ələ keçirilməsindən ehtiyat edirsinizsə onda bütün tədbiqləri silmənizi tövsiyyə edirik.
Dostlarınız tərəfindən icazəli məlumatlarHesab/Məxfilik Tənzimləmələri/Tətbiq və Vebsaytlar/Dostlarınız tərəfindən icazəli məlumatlar
Bu xüsusiyyət sayəsində, dostlarınızın profilindən tapıldığınız təqdirdə, hansı məlumatlarınızın göstəriləcəyini təyin edə bilərsiniz. İstədiyiniz variantları ləğv edib, profilinizin görünən qisimlərini məhdudlaşdıra bilərsiniz.
İctimai axtarış
Hesab/Məxfilik Tənzimləmələri/Tətbiq və Vebsaytlar/İctimai axtarış
Əgər Google və buna bənzər digər axtarış mühərrikinə adınız yazıldığında, profilinizin axtarış nəticələrində iştirak etməsini istəmirsinizsə, onda "İctimai axtarışa icazə ver" variantının qarşısından qeyd işarəsini qaldırmalısınız.
Dost Siyahısı YaratHesab/Dostlara Düzəliş Et/Dost Siyahısı Yarat
Əgər uzun bir dost siyahınız varsa, bunları qruplara ayırmaqla müxtəlif qruplar üçün müxtəlif məxfilik nizamları təyin edə bilərsiniz.
Hesab Təhlükəsizliyi
Hesab/Hesab Tənzimləmələri/Hesab təhlükəsizliyi/Secure Browsing (https)
Əgər xakerlər tərəfindən hesabınız "dağıdılarsa", onda yuxarıda etdiyiniz heç bir nizam işə yaramayacaq. Bunun üçün, https variantını seçərək, məlumatlarınızı şifrələyə bilərsiniz. Beləliklə, bununla üçüncü şəxslər tərəfindən məlumatlarınızın ələ keçərilmə riski tamamilə aradan qalxar. Ancaq bu xüsusiyyətin standart olaraq gəlməməsinin əlbəttə bəzi səbəbləri var.
Secure Browsing (https) variantını aktiv etsəniz, Facebookunuzun çalışma sürəti yavaşlayar. Bundan əlavə bəzi məzmunlarınız da düzgün çalışmaya bilər. Lakin bunlara baxmayaraq məlumatlarınız tam təhlükəsiz halda saxlanılar. Seçim sizindir.
Proqramlar, son yeniliklər telegramda