"Facebook”da yeni cizgi filmi xəstəliyi


"Facebook”da yeni cizgi filmi xəstəliyi


İctimai şəbəkə saytı “Facebook” istifadəçiləri dünyanın ən böyük problemlərindən biri olan “uşaq pornoqrafiyası”na qeyri-adi üsulla etiraz edir. Dekabrın 6-da başlayan və 31 dekabr 2010 tarixə qədər davam edəcək aksiyaya dəstək vermək istəyən sayt istifadəçiləri profillərinə istədikləri cizgi film qəhramanlarından birinin şəklini yerləşdirir. Bir çox istifadəçiyə bu istiqamətdə mesaj göndərilib və bu təklifi dostlarına göndərmələri tələb olunub. “Profilinizə uşaqlıqda ən çox sevdiyiniz cizgi film qəhramanının şəklini qoyun. Məqsəd 31 dekabr tarixinə qədər “Facebook” profillərini cizgi film qəhramanlarının şəkilləri ilə təchiz etməkdir. Uşaq pornoqrafiyasına etiraz bildirən bu aksiyada iştirak etməyi dostlarınıza da təklif edin”.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar