Açıqlama: Yaradacağınız proqram riyaziyyata aiddir. 2 ədəd daxil ediləcək və həmin ədədlər arasındakı bütün ədədlərin, sadə və mürəkkəb olanını göstərəcək. Həmçinin mürəkkəb ədədlərin hansı ədədlərə bölündüyü görsənəcək.
Məs:
7, 11, 13, 17 - bu tip ədədlər sadədirlər, yəni heç bir ədədə bölünmürlər (1dən və özündən başqa).
10 - mürəkkəb dir, 1-ə, 2-yə, 5-ə, 10-a bölünür.
Əgər proqramı C++da yığırsınızsa File -> New -> Other… -> Console Wizard rejimindən istifadə edin.