Dilmanc 2.5 beta


Dilmanc 2.5 beta


Dilmanc Azərbaycanda ilk maşın tərcüməsi sistemidir. Dilmanc Azərbaycanca-İngiliscə, İngiliscə-Azərbaycanca və Türkcə-Azərbaycanca istiqaməti üzrə tərcümə edə bilir. Dilmanc maşın tərcüməsi sisteminin köməyilə siz böyük mətnləri tərcümə edə bilərsiniz. Dilmanc maşın tərcüməsi sistemi vasitəsilə alınmış tərcümənin və ya ayrı-ayrı sözlərin düzgün tələffüzünü səsləndirə bilərsiniz. Dilmancın yaranması ilə Azərbaycan dilinin formal qrammatikası yaradılmış və onun əsasında ilkin dildə formal morfoloji, sintaktik və semantik analiz, ingilis dilində cümlənin sintezi alqoritmlərini işlənib hazırlanmışdır. Dilmancın bazalarında 250 000-dən artıq ümumişlək söz-forma və söz birləşmələri toplanmışdır...

Dilmanc 2.5 beta
Dilmanc 2.5 beta
Dilmanc 2.5 beta
Dilmanc 2.5 beta


Tövsiyələr

Ümumi tövsiyələr
# Tərcümə olunan cümlə dilin qrammatik və orfoqrafik qaydalarına ciddi əməl olunmaqla yazılmalıdır.
# Çox uzun və mürəkkəblikləri olan cümlələri, tərcüməsi anlaşıqsız olan böyük cümlələri bir neçə sadə cümlə şəkilində verib yenidən tərcümə etmək.
# Tərcümə oluna bilməyən sözün orfoqrafik düzgün yazıldığı yoxlanılmalıdır.
# Ara sözlər (modal sözlər) cümlənin əvvəlində gəldikdə onlardan sonra, cümlənin ortasında gəldikdə onların hər iki tərəfində və cümlənin sonunda gəldikdə onlardan əvvəl vergül qoyulmalıdır. Ara cümlələr mötərizə içərisində yazılmalıdır.
# Tərcümədən sonrakı mətnin Word-də spelling vasitəsilə yoxlanması məsləhət görülür.
# Dırnaq içərisindəki frazanın tərcüməsi qaneedici olmadıqda onu ayrıca götürüb tərcümə etmək və sonra yerinə qoymaq lazımdır.
# Tabesiz və ya tabeli mürəkkəb cümlənin tərcüməsi qaneedici olmadıqda, onu ayrı-ayrılıqda sadə cümlələr şəklində tərcümə etmək məsləhət görülür.

Azərbaycan-ingilis istiqaməti üçün tövsiyələr
# Azərbaycan dilində olan mətn Unicode şriftlərində olmalıdır.
# Azərbaycan dilindən ingilis dilinə tərcümə olunan cümlə Azərbaycan dilinin qrammatik və orfoqrafik qaydalarına ciddi əməl olunmaqla yazılmalıdır.
# Həmcins üzvlərin şəkilçiləri ixtisar olunmamalıdır. Məsələn, “İclasda nazirlik, komitə və idarələrin rəhbərləri iştirak edirdi” əvəzinə “İclasda nazirliklərin, komitələrin və idarələrin rəhbərləri iştirak edirdi” kimi yazmaq tovsiyə olunur.
# Çox uzun və mürəkkəblikləri olan cümlələri, tərcüməsi anlaşıqsız olan böyük cümlələri bir neçə sadə cümlə şəkilində verib yenidən tərcümə etmək.
# İnisiallardan sonrakı nöqtədən sonra probel qoyulmur. Vergüldən sonra probel, cümlənin sonunda nöqtə (nida, sual) hökmən qoyulur.
# Tərcümə oluna bilməyən sözün orfoqrafik düzgün yazıldığı yoxlanılmalıdır.
# İki söz defislə yazılırsa, məsələn, “gecə-gündüz”, defis sözlərə bitişik yazılır. Cümlənin izahedici hissəsi tire ilə ayrıldıqda tirenin hər iki tərəfindən boşluq (probel) qoyulmalıdır (məsələn, “ Binanın hər iki tərəfi – solu da, sağı da gül-çiçəklə bəzədilmişdi” ).
# Cümlədə xüsusi adların (insan adlarının, soyadlarının) yazılması məsləhət görülmür. Əgər belə adlar yazılırsa, onda adın əsasından sonra mütləq “\” işarəsi qoyulmalıdır (məsələn, “Azad\”, “Məmmədov\unkudur” və s.). Bundan əlavə, əgər şəxs adı bir neçə sözdən ibarətdirsə (məsələn, ad, ata adı və soyadı), bunlardan birini açıq yazmaq, digərlərini isə inisial şəklində yazmaq daha dəqiq tərcümə almağa imkan verir. Məsələn, “Mirzə Ələkbər Sabir” əvəzinə “M.Ə.Sabir”.
# - ma, mə şəkilçiləri ilə bitən feli isimlər – məsdər formasında yazılmalıdır: Məsələn, “oxuma” əvəzinə “oxumaq”, “sökmə” əvəzinə “sökmək” və s. (1.“ Mən vuruşmadan imtina edirəm ”. 2.” Düşmən vuruşmadan təslim oldu ”. 1-ci cümlədə “ vuruşma ” əvəzinə “ vuruşmaq ” yazmaq məsləhət görülür).
# Ara sözlər (modal sözlər) cümlənin əvvəlində gəldikdə onlardan sonra, cümlənin ortasında gəldikdə onların hər iki tərəfində və cümlənin sonunda gəldikdə onlardan əvvəl vergül qoyulmalıdır. Ara cümlələr mötərizə içərisində yazılmalıdır.
# Tərcümədən sonrakı mətnin Word-də spelling vasitəsilə yoxlanması məsləhət görülür.
# Dırnaq içərisindəki frazanın tərcüməsi qaneedici olmadıqda onu ayrıca götürüb tərcümə etmək və sonra yerinə qoymaq lazımdır.
# Tabesiz və ya tabeli mürəkkəb cümlənin tərcüməsi qaneedici olmadıqda, onu ayrı-ayrılıqda sadə cümlələr şəklində tərcümə etmək məsləhət görülür.
# Pauza hesabına məzmunu aydınlaşan və adətən daxilində feli sifət, feli bağlama və məsdər tərkibləri olan cümlələrdə söz sırasına fikir verilməlidir. Məsələn, “ Məktəbdə birinci yer tutan şagirdlərlə görüş keçirildi ” cümləsində görüşün məktəbdə keçirilməsindən söhbət gedirsə, yəni “məktəbdə” sözü “tutan” feli sifətinə deyil “keçirildi” felinə aiddirsə, “məktəbdə” sözü “tutan” sözündən sonra müvafiq yerdə yazılmalıdır. (“ Birinci yer tutan şagirdlərlə məktəbdə görüş keçirildi ”).
# Eyni xəbərləri ixtisar etmək olmaz. Misal üçün, "İndi burada gül gülü, bülbül bülbülü çağırır" cümləsi "İndi burada gül gülü çağırır, bülbül bülbülü çağırır" şəklində yazılmalıdır.

Onlayn Tərcümə sistemi (Yenilənmiş versiya)
http://dilmanc.az/?desktop=1

Dilmanc 2.5 beta
faylda virus göstərir, yüklənmir, nə etməliyəm? Faylı yükləmək icazəniz yoxdur. İlk öncə qeydiyyatdan keçin

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar