3D texnalogiyasının iş prinsipi və onun gözə təsiri
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Gündəlik həyatda necə 3 ölçülü görürük?Normal şərtlərdə 2 gözümüz bir-birindən yüngülcə fərqli perspektivdə 2 görünüş görür. Ancaq beynimiz bu 2 görünüşü birləşdirərək, dərinlik hissi olan, tək görünüş hesab edir. Bu da 3 ölçülü görməmizi təmin edir.
Filmləri necə üç ölçülü (3D) olaraq görürük?Görünüşdəki dərinlik hissinə "stereoskopik göstərmə" və ya "3-ölçülü göstərmə" deyilir. 3D filmlər, ekrandakı bir cüt ənənəvi 2D görünüşün gözlərimizə ayrı-ayrı təqdim edilməsi prinsipinə söykənir. Görünüşlərdən birinin sağ, digərinin sol gözümüzə təqdim edilməsi üçün eynəklər vasitəçilik edir. Bu sayədə əsl həyatda 2 gözümüzün obyektləri yüngülcə fərqli perspektivdən görmələri təqlid edilmiş olar.
3D eynəklərin növləri varmı? 3D eynəklərin 2 tipi vardır: Aktiv və passiv. Aktiv eynəklərdə bir ekranla ünsiyyət halında olan elektronik axım vardır. Aktiv eynəklərin LCD shutter, displey kimi alt tipləri var. Passiv eynəklər isə lineer polarize, dairəvi polarize, infitec və komplementar rəng anagilif kimi alt qrup adlarıyla xatırlanarlar. Eynəklər bir-birlərindən fərqli mexanizmlərlə işləsə da, nəticə olaraq ekrandakı bir-birindən yüngülcə fərqli perspektivdəki 2 görünüşdən birinin sağ, digərinin sol gözümüzə getməsini təmin edərlər. Beynimiz isə iki gözdən gələn bu 2 fərqli görünüşü birləşdirər və dərinlik hissi olan, 3 ölçülü tək bir görünüş kimi qəbul edər.
3D eynəklərlə film seyr etdikdən sonra başımız ağrıyır və bir müddət bulanıq görə bilirik.
Bunun səbəbi nədir? 3D eynəklər, tamaşaçını yaxın və uzaqdakı 2 görünüşə eyni anda baxmağa məcbur edər. Yaxına baxarkən gözlərin bir-birinə yaxınlaşması (akomodasya), uzağa baxarkən isə uzaqlaşması (diverjans) lazımdır. Bu vəziyyətə "verjans akomodasya ziddiyyəti" deyilir və başağrısı və keçici bulanıq görmə şikayətinin səbəbidir. Bu şikayətlər gənclərdə daha diqqətə çarpan olaraq izləniyər.
3D eynəklərin sağlamlığımıza başqa mənfi təsirləri varmı? 3D eynəklər aşağı bir ehtimal olsa da, gözlərin mikrob qapmasına yol aça bilər. O səbəblə bu eynəklər əgər dezinfeksiya edilmədən təqdim edilirsə, özünüzün istifadə etmədən əvvəl eynəkləri sabunlu suyla yumanızda və ya antibakteriyal dəsmallarla silmənizdə fayda var.
Kino salonunda gözlərimizdə yanma, qızarma və batma ola bilir. Bu nə səbəbə qaynaqlanır?Göz səthində gözyaşını paylayan və göz səthini yaş tutan "göz qırpma" hərəkətidir. Film seyr etmə kimi fəaliyyətlərdə, ekrana diqqətimizi verdiyimiz üçün daha az göz qırparıq. Bunun nəticəsində göz səthi quruyur; gözdə yanma, qızarma və batma meydana gələr. Kino salonunun havası qurudursa, göz quruluğu əlamətləri də daha diqqətə çarpan olacaq
Qeyd: Məlumatdan istifadə edərkən mənbə bildirilməlidir.
Proqramlar, son yeniliklər telegramda