Titanik qəzasının sirri açıqlandı


Titanik qəzasının sirri açıqlandı


Belfastda tikilən lüks gəmi, 1912-ci ilin Aprel ayında çıxdığı ilk səfərində batmış, qəzada 1500 adam ölmüşdü.

Titanik gəmisinin ikinci kapitanı Charles Lightolle-rin nəvəsi olan romançı Luisə Patten, qazanın meydana gəldiyi illərdə, gəmilərin əmr sistemlərinin, yelkənli gəmilərdən, buxarlı gəmilərə keçiş dövründə olduğunu ifadə edir.

O dövrdə iki ayrı əmr sisteminin istifadə edildiyini izah edən Patten, bunlardan birində "çarxı sağa döndür" mənasını verən ifadənin, digərində "sola çevir" mənasını verdiyini və sükançının bundan qaynaqlanan səhv anlama üzündən, istiqamətini aysberqinə doğru çevirdiyini qeyd etdi.

Patten, "Good As Gold" adlı son romanında da qəzanı işlədi.

Sükançının təbii bir səhv etdiyini söyləyən Pattenə görə, əsl ölümcül səhv isə, kapitan köşkündə bir yerə gələn dörd səlahiyyətlidən birinin "seyrə davam" əmri vermiş olması.

Titanik gəmisini işlədən şirkətin başçısı Bruce Isma-yın, kapitanı yola davam etməyə razı saldığını izah edən Patten, həyatda qalanlar arasında bu gerçəyi bilən tək adamın babası Lightoller olduğunu bildirdi.

Patten, tarixi qəza gecəsində olanların qəsdli olaraq saxlandığını qarşıya qoyaraq, babasının da şirkət çalışanlarının işlərini itirməsinə səbəb olmamaq üçün, bildiklərini istintaq əsnasında açıqlamadığını qeyd etdi.

Luisə Patten, babası üçün, "Şirkətin üst səviyyə idarəçiləri babama laqeydlikdən günahkar ollmaları halında müflisləşəcəklərini və bütün çalışanların işlərini itirəcəklərini söyləmişlər idi. Bu səbəblə şirkətin istintaqda ağlanılması lazım idi. Gerçəyi yalnız nənəmə izah etdi" dedi.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar