Kompyuterin ana platasının təyini
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Kompyuterin ana platasının təyini. - Ana lövhə fərdi kompyuterin əsas lövhəsi adlanır. Bütün kabellər və kartlar bura qoşulduğundan ana kart adı almışdır. Ana kartı çox vaxt markası, ya da üstündəki çipsetlərin adı ilə adlandırılır.Anakart əsasən Pentium kompyuterləri çıxdıqdan sonra böyük dəyişikliklərə məruz qalmışdır.Anakart alarkən keyfiyyətinin və markasını düzgün seçilməsi nəticəsində gələcəkdə yaarnaacq problemlərdən qaçmış olacağıq.
Ana lövhə üzərində yerləşən eleemntlər aşağıdakılardır: - Mikroprosessor-Əsas riyazi və məntiqi əməliyyatları yerinə yetirən əsas mikrosxemdir. Bir neçə santimetr ölçüdə elektron sxem olub, kompyuterə daxil olan informasiyanın hesablanmasını və təhlilini, müxtəlif əməliyyatlarısaniyənin milyonda bir hissəsində yerinə yetirir.
- Mikroprosessor dəsti-Kompyuterin daxili qurğularının işini idarə etməklə yanaşı ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur.
- Şinlər- Kompyuterin daxili qurğuları arasında siqnalın ötürülməsini təmin edən naqillər yığımıdır.
- Əməli yaddaş- Kompyuter şəbəkəyə qoşulan zaman verilənləri müvəqqəti saxlaamq üçün istifadə olunan mikrosxemlər toplusudur. Əməli yaddaş verilənləri saxlamaq üçün kristal yuvalardan hazırlanır. Müxtəlif əməli yaddaşdan istifadə edilir. Əməli yaddaşlar fiziki iş prinsipinə görə, dinamiki (DRAM) və statiki (SRAM) bölünür.
- Daimi yaddaş- Kompyuter dövrədən ayrılarkən belə verilənləri uzun müddət saxlaamq üçün istifadə edilən mikrosxemdir.
- Yuvalar-Əlavə qurğuların qoşulmasını təmin edir.
Proqramlar, son yeniliklər telegramda