Huawei şirkəti insan emosiyalarına sahib virtual köməkçi yaradır



Huawei şirkəti unikal özəlliyə sahib olacaq virtual köməkçi üzərində çalışır. Bir çox Android smartfonlar Google Assistant-ı dəstəkləyir. Lakin bu sahədə kənar şirkətlərin də məhsulları var. Məsələn Samsung Bixby və ya LG ThinQ və s. Huawei şirkətinin də Çin bazarında istifadəyə verdiyi virtual köməkçisi var. İndi isə məlum olub ki, şirkət daha bir virtual köməkçi üzərində çalışır. Bu barədə Androidpolice saytı xəbər verib. Sözügedən yeni virtual köməkçi proqram ilə istifadəçi arasında daha özəl qarşılıqlı əlaqə imkanını təqdim edəcək.

“Biz emosional qarşılıqlı əlaqəni təqdim etmək istəyirik. Bizim fikrimizcə bizim bütün müştərilərimiz gələcəkdə sistem ilə emosiyalar vasitəsilə ünsiyyət qura biləcəklər. Bu sahəni biz perspektivli görürük” – deyə şirkətin proqram təminatı şöbəsinin vitse-prezidenti bildirib.

Məsələn istifadəçilərin darıxmamağı üçün şirkət virtual köməkçinin istifadəçi ilə daha uzun müddət ünsiyyətdə olmasını reallaşdıracaq. Məlumata əsasən bu layihədə şirkət 2013-cü ildə ekranlara çıxmış “Her” filmindən ilhamlanır. Bununla belə şirkətin yeni süni zəka köməkçisinin nə zaman işıq görəcəyi barəsində məlumat yoxdur.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
hacks for Valorant