EA şirkəti DICE studiyası ilə birlikdə çoxdan gözlənilən Battlefield V oyununu təqdim etdi. Əvvəlcədən gəzən şayiələr düz çıxdı. Belə ki, Battlefield V-də hadisələr İkinci Dünya Müharibəsi dövründə cərəyan edəcək. Yeni Battlefield əvvəlki hissələrdə olmadığı kimi online döyüşlər, singleplayer rejimi, digər yeni rejimlər, gameplay dəyişiklikləri, inanılmaz qrafik və səs effektləri təqdim edəcək. Oyun bu ilin 19 Oktyabr tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.