Barmaq izinin və göz qişasının skan texnologiyası artıq dünənki gündür. Yeni nəsil təhlükəsizlik məsələsində şifrələr kimi sizin elektroensefaloqramınız çıxış edə bilər. Biometrik məlumatların nə dərəcədə unikal olmalarına baxmayaraq onlarla çalışan cihazları hack etmək heç də çətin deyil. Göz qişası skanı texnologiyasını linzalar, barmaq izi skanı texnologiyasını barmaq fotosu ilə aldatmaq olar. Buna görə də Nyu York ştatı Universitetinin alimləri şifrələr qismində insanların reaksiyalarını istifadə etmək qərarına gəliblər.
Başqa sözlə desək, şifrələr qismində beynin yaratdığı potensiallar çıxış edəcəklər. Bu, beynin xarici qıcıqlandırıcı səbəblərə (məsələn mətn və ya foto) cavab olaraq yaydığı dalğalardır. Bu potensiallar hər bir insan üçün unikaldır və ən əsası da bu proses insan tərəfindən bilinmədən baş verir. Buna görə də onu saxtalaşdırmaq qeyri-mümkündür. Beyin şifrəsinin yaradılmasının mümkünlüyünü yoxlamaq üçün alimlər təcrübə keçirdiblər.
Təcrübə zamanı 179 nəfər könüllüyə müxtəlif tərzdə 3 mövzuda (heyvan, məşhur şəxs və qısa sözün əks olunduğu foto) fotolar göstəriblər. 3 fotonun göstərilməsi 1 saniyədən bir qədər çox zamanı əhatə edib. Bu proses 4 dəfə təkrarlanıb və proses zamanı yaranmış beyin potensialları şifrə kimi yazılıb. Bütün proses isə ümumilikdə 5 saniyə çəkib. Bununla yanaşı yeni növ şifrənin hack olunmaya qarşı dözümlülüyünü və uzunmüddətliyini də yoxlayıblar.
Dözümlülüyün yoxlanılması üçün könüllülərə bir neçə mövzuda fotolar göstərilib. Bunun nəticəsində yeni şifrələr əldə olunub. Şifrələrdən biri işlək olub. Daha sonra istifadəçilər fərqli mövzuda göstərilmiş fotolar üzrə əldə olunmuş şifrələrdən istifadə edərək sistemə daxil olmağa çalışıblar. Uzunmüddətliyin yoxlanılması üçün isə təcrübədə iştirak etmiş şəxslərə eyni mövzulu fotoları ilk öncə 5 günlük, daha sonra 5 aylıq intervalda göstəriblər. Nəticədə beyin şifrələri yüksək etibarlılıq və 95-lik uzunmüddətlilik sərgiləyiblər.