Apple'dan daha tez: Xiaomi Mi Pad 4 istifadəçi üzünün skan texnologiyasına sahib ilk planşet olacaq



    Görünür, Xiaomi şirkətinin 25 İyun tarixində təqdim edəcəyi Mi Pad 4 adlı yeni planşeti Apple iPad-də reallaşdırılması hələ planlaşdırılan istifadəçi üzü skanı texnologiyasına sahib olacaq. Hələki tam olaraq aydın deyil ki, planşetlərə həqiqətənmi bu texnologiya lazımdır yoxsa yox? Hər halda əgər Apple bu cür texnologiyanı öz planşetlərində reallaşdırmağı planlaşdırırsa deməli Xiaomi şirkəti onu qabaqlamalıdır. Bunu həmçinin istehsalçının təqdim etdiyi yeni reklam posteri də təsdiq edib.


    Çox güman ki, şirkət Mi Pad 4-də flaqman smartfon modeli Mi 8-in sistemini reallaşdıracaq. Şirkətin verdiyi məlumata əsasən Mi 8 modelindəki istifadəçi üzünün skan texnologiyası iPhone X-dəki TrueDepth kamerasından daha sürətli və etibarlı çalışır. Bundan əlavə olaraq məlumdur ki, Mi Pad 4 Snapdragon 660 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı bir sıra məlumatlara əsasən planşet 4/6 GB RAM, 64/128 GB daxili yaddaş, 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 6000 mAhe enerji tutumlu batareyaya sahib olacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar