iOS istifadəçiləri tətbiqlərə Android istifadəçilərdən daha çox pul xərcləyirlər



    Apple istifadəçiləri Android istifadəçilərdən fərqli olaraq online mağazalardakı tətbiqlərə daha çox pul xərcləməyə hazırdırlar. Bu cür nəticəyə App Annie saytı gəlib. Xəbər verilir ki, Android əməliyyat sisteminin bazardakı payı iOS-i üstələməsinə baxmayaraq tərtibatçılar öz tətbiqlərini ilk öncə iOS üçün çıxartmağa çalışırlar. App Annie saytının hesablamalarına əsasən Android bazarın 80%-ni əhatə edir. 2017-ci ildə isə bütün tətbiq yükləmələrinin 70%-i Google Play Store-un payına düşüb.


    Bununla belə App Store bütün tətbiq yükləmələri üzərindən gəlirin 66%-ni əldə edib. Tədqiqatçılar həmçinin son 5 il ərzində hər iki servisdə tətbiq satışının statistikalarını da təqdim ediblər. Nəticənin bu cür alınmasının dəqiq səbəbi açıqlanmayıb. Güman olunur ki, Apple cihazlarının qiymətləri baha olduğundan onların alıcıları online mağazada tətbiq alışı üçün pul xərcləməyi özləri üçün adi bir proses hesab edirlər. Digər tərəfdən bazarda çoxlu sayda büdcəli Android smartfonlar var. Onların istifadəçiləri həmin cihazların baza funksiyaları ilə yetinirlər və pullu tətbiqlərə ehtiyac duymurlar.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Valorant wall hacks