Whatsapp messenceri marketinq və servis mesajlarının göndərilməsi üçün şirkətlərdən ödəniş alacaq. Bu cür mesajların göndərilməsi ölkədən asılı olaraq 0.5 sentdən 9 sentə kimi qiymət göstəricisinə sahib olacaqlar. Hal hazırda şirkətlər sözügedən messencer vasitəsilə müştərilərə məhsulun çatdırılması, hansısa tədbirə biletlər haqqında məlumatlar və s. göndərə bilirlər. Bunun üçün istifadəçi öz telefon nömrəsini şirkətin saytında və ya tətbiqində yerləşdirməlidir. Bununla yanaşı Whatsapp vasitəsilə şirkətlər online rejimdə müştərilərə yardım da göstərə bilərlər. Bəzi mesajların göndərilməsinin şirkətlər üçün ödənişli olacağı halında həmin mesajların göndərilməsi sistemi seçki tərzində olacaq. Qeyd etmək lazımdır ki, Whatsapp-ın istifadəçi kütləsi 1.5 milyard insan təşkil edir. Bir neçə müddət bundan öncə Facebook şirkəti Whatsapp-ın tez bir zamanda gəlirli olmasının üsullarını axtarırdı. Görünür, həmin üsullardan biri də məhz bu olacaq.