Bu suala ABŞ-ın Vanderbilt Universitetinin professoru Douglas Schmidt cavab verib. Bu mövzu ətrafındakı tədqiqatlar fəaliyyətsiz smartfonlar üzərində aparılıb. Beləliklə məlum olub ki, şirkət Android smartfonlardan 10 dəfə daha çox məlumat yığır nəinki Apple öz iPhone modellərindən. Belə ki, Google gün ərzində istifadəçinin yerləşdiyi yer barəsində 340-a yaxın sorğu göndərir. Geolokasiya funksiyasının deaktiv olunması halında da az miqdarda olsa belə müəyyən məlumat şirkətə ötürülür. Gün ərzində istifadəçinin Android smartfonundan 4.4 MB həcmində məlumat şirkətin serverlərinə ötürülür. Apple-da bu göstərici 6 dəfə azdır.
Mütəxəssislər əmindirlər ki, istifadəçilərin izlənməsində əsas səbəb reklamlardır. Belə ki, şirkətin əsas gəlir mənbəyini məhz reklamlar təşkil edirlər. Məlumatların toplanması isə targeting reklamlar üçün əla vasitədir. Bundan əlavə olaraq məlum olub ki, Google Chrome brauzerindəki Incognito rejimində də şirkət istifadəçi məlumatlarını əldə edir. Qeyd etmək lazımdır ki, Incognito rejimində internetdən istifadə edən zaman istifadəçinin daxil olduğu saytlar barəsində məlumatlar tez bir zamanda avtomatik olaraq silinirlər. Beləliklə heç kim hansısa şəxsin bu rejimdə hansı saytlara daxil olduğu barədə məlumat əldə edə bilmir. Lakin aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, şirkətdən gizlənmək heç də belə asan deyil.
Məlumata əsasən daxil olunmuş saytların hekayələri istənilən halda kompüterdə qalaraq Google şirkətinin serverlərinə ötürülür. Adi rejimdə bu məlumatlar cookie fayllarda qalır və istifadəçinin hesabı ilə sinxronlaşdırılır. Incognito rejiminə keçəndə isə bu məlumatlar müəyyən müddətdən sonra avtomatik olaraq silinirlər. Lakin Incognito rejimini bağlamadan adi rejimə keçəndə brauzer cookie faylları əldə edir və onları istifadəçinin hesabı ilə sinxronlaşdırır. Beləliklə şirkət Incognito rejimində baxılmış saytlar və aparılmış sorğular barədə məlumatları əldə edə bilir. İstifadəçi isə Incognito rejimindən sonra gördüyü kontekst reklamlara təəccüblənir. Mütəxəssislər adi rejimə keçməzdən öncə Incognito rejimini deaktiv etməyi məsləhət görürlər.