"Cannes Lions 2018" tam sürəti ilə davam edir. Fransanın Kann şəhərində keçirilən bu möhtəşəm yaradıcılıq festivalına qlobal brendlər yaxşı hazırlaşıb. Xüsusilə dəniz kənarında yerləşən Kann şəhərinin mühitini nəzərə alan iri texnologiya nəhəngləri öz çimərliklərini bu əraziyə qurublar. Texnologiya və çimərlik bir araya gələndə isə ortaya fərqli və əyləncəli mənzərə çıxır. Qərara aldıq ki, bu təcrübəni izləyicilərimizlə bölüşək. İlk olaraq "Google"un çimərliyindən başladıq.
"Cannes Lions" səfərimizin əsas tərəfadaşı "BirBank" mobil əlavəsidir. Ölkədə bankçılıq sektorunda innovativ həllər təqdim edən, eyni zamanda marketinq, reklam və kommunikasiya sahəsində kifayət qədər işlər görən Kapital Bank-ın yeni məhsulu olan "BirBank" əlavəsi, istər bank istərsə də qeyri-bank müştərilərinə banka getmədən bir çox əməliyyatları mobil tətbiq vasitəsilə həll etmək imkanını verir. Tətbiqi iOS və Android mağazalarından aşağıdakı linklər vasitəsilə yükləyə bilərsiniz.