Stephen Hawking'in kreslosu və dissertasiyaları ümumilikdə 1 milyon dollardan baha qiymətə satılıb



    Bu ilin Mart ayında dünyasını dəyişmiş məşhur alim Stephen Hawking-in kreslosu Christie’s adlı hərracda 390.000$ qiymətində satılıb. Qeyd etmək lazımdır ki, yan amiotrofik skleroz xəstəliyi səbəbilə Stephen Hawking həyatının böyük bir hissəsini məhz kresloda keçirtmişdir. Sözügedə hərracın təşkilatçıları alimin 1980-1990-cı illər arası istifadə etmiş olduğu mühərrikli kreslonu satışa çıxarıblar. Nəticədə həmin kreslo ilkin qiymətdən 30 dəfə daha baha qiymətə satılıb. Bundan əlavə olaraq hərracda həmçinin alimin dissertasiyalarının 5 kopyasından biri də satılıb. Alim həmin dissertasiyaları 1965-ci ildə yazmışdır. Dissertasiyaların üzərində isə belə bir yazı var: “Bu dissertasiyalar mənim orijinal işlərimdir”. Hərracdan əldə olunmuş bütün vəsaitlər Stephen Hawking fonduna və insanlarda hərəkət neyronları xəstəlikləri üzrə yaradılmış assosiasiyaya bağışlanacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar