Əmlak Bazası V3.0

Əmlak Bazası V3.0
Əmlak Bazası V3.0
Əmlak Bazası V3.0
Əmlak Bazası V3.0

Daşınmaz əmlak agentlikləri üçün tərtib edilmiş bu proqram təminatı əmlak məlumatlarının idarə edilməsini avtomatlaşdırır. Server-kliyent texnologiyası əsasında tərtib edilmiş bu proqram təminatından eyni zamanda birdən artıq agentlik əməkdaşı istifadə edə bilər. Hər bir istifadəçi üçün fərdi məhdudiyyətlər və istifadə hüquqları təyin edilməsi mümkündür.

Satılan və ya icarəyə verilən əmlaklar haqqında bütün məlumatları sistemə əlavə etmək, icarəyə verilən əmlaklara xatırlatma tarixi yəni, icarədən azad olunacağı tarix təyin edilə bilər.

Əlavə edilən modul və funkseonallıqlar aşağıdakılardır :
1. Sifarişlərin idarə edilməsi (Sifarişlər modulu)
2. Məlumatlar əsasında hesabatların alınması (30 - dan artıq hesabat) (Hesabatlar modulu)
3. Əmlak barədə tam məlumatların saxlanması imkanı
4. Əmlak barədə istənilən sayda foto şəkilin saxlanması imkanı
5. Əmlak sahibləri, müştərilərlə görüş vaxtlarının idarə edilməsi (Tapşırıqlar modulu)

Əmlak Bazası V3.0
Əmlak Bazası V3.0

Sistemi komputerinizə yüklədikdən sonra daxil olmaq üçün istifadəçi adı "Administrator" seçin, "Daxil ol" düyməsini sıxın...

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Portable [Pulsuz] Anket bazası v2.1
Pulsuz AtHome Camera 3.1.0
Pullu [Açar mövcuddur] Apowersoft Phone Manager 2.6.9
Təəssüratlar 4
TΛNNΞЯ
Istifadə qaydasını bilməyənlər üçün PDF formatında istifadə qaydası kitabını yükləyə bilərlər buyurun

https://drive.google.com/uc?export=download&id=0B6Fjbsdqiex5YXRfOENieHV1bGc
sahin666
Çox sağol.Əmlakçılar üçün gözəl proqramdır
zamilcefer
Programın dili Azəricə yox Azərbaycancadadır. Özünüzdən millət və dil kəşf etməyin. ÜQmumiyyətlə isə kütləyə xidmət özü-özlüyündə bir məsuliyyət daşıyır amma baxıram bəzilərimiz bu məsuliyyətdən boyun qaçırır. Milli kimliyimizə hörmət edin elə özünüzünkünə də və buna görə də diqqətli olun ki bir daha var bu "Azəri" qısaltmasından istifadə etmiyin. Ermənilər bizə türk deyirlər biz özümüzə Azəri olmaz belə.
Jatin Lalit
Sitat: zamilcefer

nəzərə aldıq bundan sonraki paylaşımlarında bütün yazılar Azərbaycanca yazılacaq və köhnələridə yavaş yavaş düzəldəcəyik
Biz sosial şəbəkələrdə
Sayğaclar