PCLinuxOS 2014.12 LXDE (Mini Version) [x32, x64]
Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz
055 226 96 22
Linux nüvəsinin (kernel) yaradıcısı, Linus Torvalds, 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babasına bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əldə etmişdir. Helsinki Universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.
1991-ci ildə "C" və Unix dərsləri aldığı vaxt özünə personal kompüter aldı. Kompüterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxt bir hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan MINIX əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı.
Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Riçard Stallmanın da əməyinin keçdiyini söyləyir. Ona görə ki, Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi.
Linux ictimaiyyətə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli, ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin bir meyvəsidir.
Hazırda Linux dedikdə onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.
a628a0309542a4aa8c9d1e5c55920cfb pclinuxos-lxde-2014.12.iso
ffe96ddd147c1c3cbaf57300114cd0b7 pclinuxos64-lxde-2014.12.iso
Proqramlar, son yeniliklər telegramda