10 il zirzəmidə


10 il zirzəmidə10 il zirzəmidə - Fərhad MƏMMƏDOV

Yeddi yaşlı Fərid, qarlı bir qış gecəsində binanın önündə qar adamı düzəldir. Dostunu kök dalınca göndərsə də, əvəzində arxasında heybətli bir nəhəngin durduğunu görür. Anasının gözü qarşısında həmin manyak tərəfindən qaçırılan Fərid, gözlərini açanda naməlum bir evin nəhəng zirzəmisində uzandığını görür. Sonradan Fəridə məlum olacaq ki,evin sahibi Həmdilər Fəridi əsir saxlayaraq, qul kimi işlədirlər. Öz qadağan olunmuş “qara” istehsalatlarını davam etdirmək məqsədilə. 10 ilə yaxın zirzəmi həyatı yaşamış və bir dəfə olsun belə gün işığı görməmiş Fərid, təsadüf nəticəsindən yeni polis orqanı tərəfindən xilas olunur. Fərid 10 il ərzində kapitana başına gələn dəhşətli şeylərdən söhbət açsa da, bu heç də zabiti təlaşa salmır. Zabiti bircə sual maraqlandırır. Yeddi yaşlı Fərid necə olub ki, öz dediyi kimi 10 ildən əlavə, ev yiyəsi evi çoxdan tərk etdiyi halda əlavə 10 il də özbaşına sağ qala bilib. Necə olub ki, yeddi yaşlı Fərid bu qədər vaxt keçməsinə rəğmən elə yeddi yaşlı uşaq görünüşündə qalıb.
Hekayə uzaq gələcəkdə Azərbaycanın paytaxtı olacaq Masallı şəhərində gedən hadisələrdən bəhs edir.

ENDİR

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar