Monitor istifadəsində radiasiyaya diqqət!


Monitor istifadəsində radiasiyaya diqqət!Kompüterlərin arxa qisimindəki radiasiyanın ön qisimindən çox daha çox olduğu, bu səbəblə "kürək kürəyə" qoyulan kompüterlərdə çalışanların yüksək radiasiyaya məruz qaldığı bildirildi.

Texnologiyanın inkişafı və radiasiya cihazların istifadəsinin artmasıyla buna məruz qalan kəslərdə bədən tarazlığının pozulduğunu və narahatlıqların ortaya çıxmağa başladı.

Xüsusilə gündə 8-10 saat keçirilən iş yerlərindəki radiasiyadan mənfi təsirlənildiyini ifadə edilərkən, iş yerlərindəki radiasiyanın, həssas kəslərdə boğazda quruluq hissi, gözdə problemlər, baş ağrısı, allergiya, yüzdə qızarmalar, yuxusuzluq, səslərə qarşı həssaslıq, eşitmə çətinliyi və yorğunluq kimi narahatlıqlara yol aça biləcəyi deyildi.

Hər monitor bir miqdar radiasiya yayar, ancaq istehsalçılar monitorları inkişaf etdirərkən, qarşısında işləyən adama radiasiyası ən az səviyyədə verəcək şəkildə dizayn edirlər. Bu səbəblə arxa qisimlərindəki radiasiya nisbəti, ön qisimlərindəkindən daha çoxdur.

İş yerlərində iş nizamı səbəbiylə monitorlar kürək kürəyə qoyulduğunda, iki tərəfdəki işləyənlər yüksək radiasiyaya məruz qalmaqdadır. Ofislərdə kompüter masaları, mümkün olduğunca yan-yana ya da bir-birinə baxacaq şəkildə yerləşdirilməlidir. Əgər bu mümkün deyilsə monitor olaraq radiasiya yaymayan LCD monitorlar seçilməlidir.

Ofisdəki riskli cihazlar arasında kabelsiz "dect" telefonlar və fotokopya maşınları da iştirak edir. Radiasiyanın zərərli təsirlərinə məruz qalmamaq üçün mümkün olduğunca kabelli masa telefonu istifadə edilməli və fotokopiya maşınlarından ən az 50 sm uzağında işlənilməsi lazımdır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar