Antivirus proqramı Virusa çevrildi


Antivirus proqramı Virusa çevrildiİnformasiya təhlükəsizlik şirkəti McAfeenin anti-virus proqramındakı bir səhv bütün dünyada on minlərcə kompüterin çökməsinə səbəb oldu. Şirkətdən edilən şərhdə, normal və problemsiz çalışan bir Windows faylını bir virus olaraq görən proqramın çox sayda kompüterdə qəzaya gətirib çıxardığı ifadə edilərək, bu "səhv virus diaqnozu" probleminə son vermək üçün hazırlanan əlavənin müştəriləri tərəfindən endirilməsini istədi.

Səhvindən ötəri üzr istəyən, ancaq problemdən istehlakçıların çox təsirlənmədiyini müdafiə edən McAfee,özəlliklə Microsoftun Windows XP Service Pack 3 əməliyyat sistemini istifadə edən şirkətlərin kompüterlərində problem ola biləcəyini ifadə etdi. Kompüterlərin çökməsinə ya da dəfələrlə "reboot" etməsinə səbəb olan problemdən ötəri ABŞda məktəblərin, universitetlərin, xəstəxanaların, polisin hətta həbsxanaların kompüterləri çökdü.

Polisdən hesabatlarını əl yazısına keçirmələri və tədbir olaraq vasitələrindəki kompüter terminalını bağlamaları istənərkən, bəzi həbsxanalar ziyarətləri ləğv etdi və xəstəxanalar təcili xidmətdə vəziyyətləri ağır olmayan xəstələri göndərib bəzi əməliyyatları təxirə salmaq məcburiyyətində qaldılar.

Mütəxəssislər, problemdən təsirlənən kompüter sayının bilinmədiyini, ancaq on minlərcə olduğunun təxmin edildiyini ifadə edərkən, mikro-blog saytı Twitter,dünyanın ən böyük anti-virus informasiya təhlükəsizliyi sistemi təmin edicilərindən biri olan McAfeedən şikayət mesajlarıyla dolub daşır.

ABŞda aralarında Michigan Universitetinin də olduğu bir çox universitet problemdən təsirləndi. Universitetin tibb fakültəsindəki 25 min kompüterin 8 mini dövrə xarici qaldı. New York əyalətinin Syracuse şəhərindəki Upstate Universitet xəstəxanasındakı 6 min kompüterin 2 min 500ünün də çökdüyü bildirildi.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 6
rauf7
belay
Eldost
bu kompu choken xarici yazziqlara gerey demey lazimdirki Kaspersky den bashqasi yalandi veressen bir kaspersky ishledeler...
mcafee adli antivirus olar yox maccofe
windows_7
KAspersky-in hansi versiyasi yaxsidir..ancaq mene elesi lazimdir ki internetden gelen viruslari deaktiv etsin..
rauf7
telefon ucun kaspersky mobile komputer ucun kaspersky internet security ve ya kaspersky antivirus (qisaca KAV ve KIS)
xebere gore Tewekkurleer
En yaxwisi microsoft essential security rahat ve superВ 
kaspersky her komp da rahat isdemir :)
Rauf-SDTK
Indi eset isledirem amma kecen ile qeder KIS 2012-3
Biz sosial şəbəkələrdə
Sayğaclar