Bütün kompüter\playstation\telefona aid sualınızı yaza bilərsiniz 055 226 96 22
Salamlar hər kəsə, ilk dəfə olaraq iOS sistemli cihazlar iPhone/iPod/iPad üçün Azərbaycan dili dəstəyini paylaşmaq istərdim...
Azerbaijani Language for iOS7 - AZEiniOS7 layihəsinin məqsədi bir müddətlik də olsa (cihaz iOS 7.1.x versiyalarında jailbreakli olduğu müddətdə) cihazımızı öz ana dilimizdə işlətməkdir.
Qeyd edim ki, tweak hələ beta mərhələsindədir, yəni tamamlanmayıb. Bu səbəbdən yarımçıq, ya da heç tərcümə olunmamış hissələr ola bilər.
Əsas məqsəd iOSi mümkün qədər çox tərcümə etməkdir. Tez-tez yenilən tweak və ya proqramları tərcümə etməyin vaxt itkisi olacağını düşünürəm..
Cihazınızı öz ana dilimizdə işlətmək istəyirsinizsə bizə qoşulun...
Videonu izləyərək yükləmə qaydaları ilə ətraflı tanış ola bilərsiniz...
Ancaq qısaca izah etmək istərdim:
1. Cydia yükləyicisinə daxil olaraq tweak'in yerləşdiyi mənbəni (source/kaynak) əlavə edirik. Qeyd: heç nəyi silmirik, sadəcəВ cydia.myrepospace.com/ck-bakucity əlavə edirik. 2. Mənbəyə daxil olub 'Azerbaijani Language for iOS7 - AZEiniOS7' paketini quraşdırırıq. 3. Cihazın dil seçimləri bölümündən Azerbaijani seçimini aktivləşdiririk.
AZEiniOS7 layihəsi iOS 7.1.0 ; 7.1.1 ; 7.1.2 ; … В versiyalarında hələlik iPhone və iPod cihazlarını dəstəkləyir.. iPad dəstəyi tezliklə.. Bu versiyaların hər hansı birində jailbreak'li iOS'ə sahib olduğunuz müddətdə tweak'i işlədə bilərsiniz.
Proqramlar, son yeniliklər telegramda