Bir neçə gündür uzun bir sənəd üzərində çalışırsınız ancaq faylı hər açdığınızda ən son qaldığınız yeri axtararaq vaxt itirirsiniz. Bu sıxıcı axtarışlardan xilas olmaq üçün praktik bir həll yolu axtarırsınız.
İpucu: Üzərində çalışdığınız sənədi vərdiş etdiyiniz kimi Fayl / Aç əmrini istifadə edərək açın. Əgər fayl açıldıqdan sonra [Shift]+[F5] düymə birləşməsini tətbiq edəcək olsanız Word, siçan kursorunu sənəd üzərində ən son çalışdığını nöqtəyə aparar. Bunun xaricində eyni düymə kombinasiyasını arxa arxaya tətbiq edəcək olsanız bənzər şəkildə ən son dəyişiklik etdiyiniz üç nöqtəni daha görə bilərsiniz. Dördüncüdə isə yenə ən son dəyişiklik etdiyiniz yerə geri dönərsiniz.
Bu düymə birləşməsini sənədin başqa bir bölgəsində dəyişiklik etdikdən sonra bir əvvəlki mövqeyə geri dönmək istədiyinizdə də rahatlıqla istifadə edə bilərsiniz.