CodecInstaller 2.10.4.0


CodecInstaller 2.10.4.0


Bir videonu yükləmək üçün saatlarla gözlədiniz. Ancaq video yükləndikdə, ona cüt basdığınızda PCinizdə yüklü olmayan bir codec, bütün kefinizi qaçırdı. VLC istifadəçilərinin belə bir problemlə qarşılaşma ehtimalı aşağı, ancaq başqa proqramlar üçün də bir həll var.

Codeclər bildiyiniz kimi fərqli media növlərini PCinizdə aça bilmənizi və icra edə bilmənizi təmin edərlər. CodecInstaller isə Windowsunuzda codecləri idarə etməyi çox asan bir hala gətirir. Microsoft .NET Framework 2ə ehtiyac duyan CodecInstalleri yüklərkən skaner vasitə çubuğunu işarələməməyə diqqət yetirin.

CodecInstallerin interfeysi olduqca sadədir. Ən üstdəki düyməni basaraq sisteminizdə yüklü olan codeclərin bir siyahısını görə bilirsiniz. Analyze File düyməsi isə problem yaşadığınız bir videoda sizə ehtiyac duyduğunuz codecləri göstərir.

Install Codecs düyməsinə basdığınızda açılan pəncərədən tez-tez istifadə edilən codeclərin son distributivini PCinizə yükləyə bilərsiniz. Download düyməsi, sizi codecin veb səhifəsinə göndərir. Beləcə codecin ən son distributivinə sahib olduğunuzdan əmin ola bilirsiniz.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 1
-Rovshan-
~Təşəkkürlər~
Biz sosial şəbəkələrdə
Sayğaclar