E-poçtunuza gələn bu mesajı açmayın

Digərləri » Məqalə E-poçtunuza gələn bu mesajı açmayın
Dəyərləndir

E-poçtunuza gələn bu mesajı açmayınSon günlərdə bir çox internet istifadəçisi Facebookdan gələn və sayt üzərində istifadə etdikləri şifrəni dəyişdirmələri ilə əlaqədar e-poçt almağa başladılar. Lakin Facebookdan gəlir kimi görünən bu e-poçt əslində virus ehtiva edir!
xəbər agentlərinin xəbərinə görə, Bredolab Truva Atı adı verilən bu virus, hackerlərin göndərdikləri saxta e-poçtun əlavəsində bir .ZIP və ya .EXE faylı olaraq gəlir. Facebook_Password_2rd17.zip və ya Facebook_Password_2rd17.exe kimi bir ada sahib olan virus faylının son hissəsindəki "2rd17" qisimi, təsadüfi yaradılır və hər alıcı da dəyişiklik göstərə bilir.
Əgər istifadəçi faylı endirəcək olsa, Bredolap istifadəçi kompüterində bir log faylı və isqsys32.exe adlı bir tətbiq yerləşdirir və virus dərhal işə başlayır. Saniyələr içərisində istifadəçinin kompüterini bir bota çevirən virus, eyni saxta e-poçtu yeni bulaşdığı kompüter üzərindən göndərməyə başlayır.
Facebook səlahiyyətliləri, virusun sayt üzərindən deyil e-poçt ilə paylandığı üçün bu mövzuda edə biləcək bir şeyləri olmadığını amma hər Facebook istifadəçisinin mütləq Facebookun təhlükəsizlik səhifəsini ziyarət etməsi lazım olduğunu söyləyirlər.

«E-poçtunuza gələn bu mesajı açmayın» haqqında

Yerləşdirilib: 28.01.2010 - 18:46
Uyğun sistem:
Dil interfeysi:
Dəyəri: Pulsuz
Faylın həcmi:
Yaradıcı (rəsmi sayt):

Xəbər müəllifi: terlanyek
Baxılıb: 300 / 0


Şərh olunub: 0

Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!
Sizin üçün Ən yaxşı sayt. Saytımızı yadda saxlayın və mütəmadi ziyarət edin.