Milyon dollarlıq paylaşımlar: Instagram'ın ən varlı 10 ulduzu



    Hamı üçün açıq olan daxili məlumatların analizini etməyə imkan verən HopperHQ adlı servis vasitəsilə məşhur ulduz və bloqqerlərin Instagram-dakı paylaşımlara görə nə qədər pul qazandıqları məlum olub. Sözügedən servis bu və ya digər şəxsin istifadəçi kütləsini, həmin istifadəçi kütləsinin maraq dairəsini və s. faktorları nəzərə alır. Bu məlumatlar sayəsində isə Instagram-ın ən varlı ulduzlarının reytinqi tərtib olunub. Beləliklə həmin reytinqi sizlərə təqdim edirik:


    10-cu yerdə fotomodel Kendall Jenner qərarlaşıb. Onun 93 milyon abunəçisi var. Bu statistika ilə Kendall Instagram-dakı bir paylaşım sayəsində 500.000$ qazanır.




    9-cu yeri Lionel Messi tutur. Onun 97 milyon abunəçisi var. Bunun sayəsində isə o, bir paylaşıma görə 500.000$ qazanır. Yəni ilk öncə futbol oynayırsan və daha sonra bloqqerlikdən pul qazanırsan.




    8-ci yeri Neymar tutur. Onun 100 milyon abunəçisi var. Futbolda simulyasiyadan başqa o hətta bloqqerlik vasitəsilə də pul qazana bilir. Belə ki, Instagram-dakı bir paylaşıma görə o, 600.000$ qazanır.




    7-ci yerdə məşhur müğənni Justin Bieber qərarlaşır. Onun 101 milyon istifadəçi kütləsi var. Bunun sayəsində isə o, 630 .000$ qazanır.




    6-cı yeri Dwayne Johnson tutur. 111 milyon istifadəçi kütləsi sayəsində məşhur aktyor bir paylaşıma görə 650.000$ qazanır.




    5-ci yeri məşhur müğənni Beyonce tutur. Onun 116 milyon istifadəçi kütləsi var və onun bir paylaşımının qiyməti 700.000$ təşkil edir.




    4-cü yeri Kim Kardashian tutur. 114 milyon istifadəçi kütləsi sayəsində Kim Kardashian bir paylaşıma görə 720.000$ qazanır.




    3-cü yerdə Christiano Ronaldo qərarlaşır. Instagram-da bu məşhur futbol ulduzunu 137 milyon insan izləyir. Bunun sayəsində isə o, bir paylaşıma görə 750.000$ qazanır.




    2-ci yeri Justin Bieber-in keçmiş sevgilisi Selena Gomez tutur. Onun demək olar ki, 140 milyon istifadəçi kütləsi var. Instagram-dakı bir paylaşıma əldə etdiyi gəlir isə 800.000$ təşkil edir.





    1-ci yeri Kylie Jenner tutur. O, Kardashian nəslinin ən cavan nümayəndəsidir. 112 milyon istifadəçi kütləsi ilə Jenner bir paylaşıma görə 1 milyon dollar qazanır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar