Amazon şirkətinin təsisçisi və direktoru Jeff Bezos bildirib ki, onun aerokosmik şirkəti olan Blue Origin hətta ABŞ dövlətinin maddi dəstəyi olmasa belə Ayda insanların yaşaya biləcəkləri yerləri axtaracaq. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Kosmosun inkişafı üzrə beynəlxalq konfransda çıxış edən zaman Jeff Bezos bildirib ki, Ayın tədqiq olunması insanlığın uzunmüddətli perspektivdə sağ qalması sualını ortaya qoyur. “Bu bizim edə biləcəyimi ...
ABŞ ordusu döyüş ekzoskeletinin sınaqlarını keçirdib. Əldə olan məlumatlara əsasən Lockheed Martin şirkəti tərəfindən hazırlanmış bu döyüş ekzoskeleti ONYX adlanır. Güman olunur ki, bu yeni texnoloji cihaz sayəsində hərbçilər daha çox məsafə qətt edə biləcəklər. ONYX ekzoskeletinin ağırlığı 6.4 kq-dır və o, 8-16 saat çalışa bilir. Ekzoskelet özü avtomatik olaraq insanın hərəkətlərinə adaptasiya olunur və insanın hansı çəki ilə hansı növ ərazidə hərəkət etdiy ...
25 May tarixində Avropa Birliyində özəl məlumatların təhlükəsizliyi ilə bağlı General Data Protection Regulation (GDPR) adı ilə tanınan yeni qanun qüvvəyə minib. Qanunun qüvvəyə mindiyi ilk gündəcə avstriyalı hüquqşünas və məlumatların qorunması uğrunda mübarizə aparan Max Schrems Google, Facebook, Instagram və Whatsapp-a qarşı None of Your Business qeyri-kommersiya təşkilatı adından məhkəmə iddiası qaldırıb. O bildirib ki, böyük şirkətlər öz servislərinə ke ...
Apple şirkəti tərtibatçılar üçün keçirtdiyi WWDC 2018 tədbiri çərçivəsində yeni iOS 12 əməliyyat sistemini təqdim etdi. Şirkətin verdiyi məlumata əsasən yeni iOS versiyası hətta köhnə model iPhone-ların da güclərini artıracaq. Məsələn iOS 11-dən fərqli olaraq iPhone 6 Plus modelində tətbiqlər 40%, klaviatura 50%, kamera interfeysi isə 70% daha sürətlə işə düşəcək. Optimizasiyadan əlavə iOS 12 bir sıra yeni funksiyaları da özü ilə gətirib. Arıtırlmış ...
Block.one adlı blockchain startapı keçən ilin İyun ayından start verdiyi ICO nəticəsində 4 milyard dollarlıq investisiya əldə etməyə yaxındır. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Bunun olacağı halında startap dünyanın ən böyük ICO-nu keçirtmiş olacaq. Qeyd etmək lazımdır ki, ondan öncə ən böyük ICO keçirtmiş şirkət Telegram hesab olunurdu. Onun keçirtmiş olduğu ICO nəticəsində şirkət 1.7 milyard dollar investisiya əldə etmişdi. ...
iOS 12-nin beta versiyasının dünən təqdim olunmasına baxmayaraq tərtibatçı Guilherme Rambo artıq onu yaxşıca incələyib. Beləliklə o, çoxdan bəri barəsində şayiələr gəzən bir mövzunun təsdiqini tapıb. Belə ki, iPad-ə ekran üzərində çıxıntı və Face ID texnologiyası həqiqətən də gələcək. Tərtibatçının təqdim etdiyi videodan da görmək olar ki, iOS 12 iPad üçün Face ID texnologiyasının gizli kodunu özündə birləşdirir. Bura həmçinin istifadəçi interfe ...
Bir vaxtlar vikinqlər və əjdahalar bir arada harmoniya içərisində yaşayaraq öz sevinclərini bölüşürdülər. Lakin sonradan White Night Fury əjdahasının tapılması adadakı həyatı tamamilə dəyişir və vikinqlər ilə əjdahalar yeni düşmənlə qarşılaşırlar. Həmin düşmən bütün əjdahaları məhv etməyə söz verib. How to Train Your Dragon: The Hidden World animasiya filminin premyerası gələn ilin Yanvar ayında baş tutacaq. ...
Warner Bros. şirkəti IO Interactive studiyası ilə birlikdə rəsmi olaraq Hitman 2 oyununu anons etdi. 2016-cı ildə satışa çıxmış Hitman oyunundan fərqli olaraq yeni oyun epizodik formatda satışa çıxmayacaq. Əgər yadınızdadırsa həmin Hitman oyununun hər bir yeni epizodunu oyunçu almaq məcburiyyətində qalırdı. Yeni oyunda isə studiya bu cür formatdan imtina edib. Bu isə o deməkdir ki, oyunu alacaq oyunçular onu tam versiyada əldə edəcəklər. Süjet xətti cəhətdən ...
İnsanlar süni zəkaya öz ərazilərində uduzurlar. Kompüterlər artıq bizlərə şahmat, go, poker və hətta Dota 2 kimi oyunlarda qalib gəlirlər. Biz bu qarşıdurmanın qısa təhlilini sizə təqdim edir və müəyyən etməyə çalışırıq ki, oyun alqoritmləri gələcəkdə hansı tətbiqi vəzifələri yerinə yetirə biləcəklər. Radioidarəedici sistemlərdən birini ixtira etmiş ispaniyalı mühəndis və riyaziyyatçı Leonardo Torres de Quevedo 1914-cü ildə şahmat avtomatını təq ...
Çinin SenseTime adlı süni zəka startapı ikinci investisiya raundunda 620 milyon dollar investisiya cəlb etdiyini bildirib. Beləliklə stgartapın qiyməti artıq 4.5 milyard dollar təşkil edir. Bu nəticə ilə o, dünyanın ən bahalı süni zəka startapı hesab edilir. Qeyd etmək lazımdır ki, SenseTime şirkəti hələ Aprel ayında 600 milyon dollar investisiya əldə etmişdi. Həmin vaxtda startapın dəyəri 3.5 milyard dollar təşkil edirdi. Sonuncu investisiya ra ...