» Tural Ağayev ilə Sıfırdan HTML, CSS, PHP və CMS dərsləri

Tural Ağayev ilə Sıfırdan HTML, CSS, PHP və CMS dərsləri

Əziz saytımızın istifadəçiləri yəqin ki çoxlarınız uzun illərdən bəri bizim saytı izləyir, istifadə edirsiniz. Bəziləriniz isə ola bilsin ki saytımıza yeni daxil olub. Saytımızın qurucusu yəni mən Tural Ağayev 2008ci ildən bu layihəyə start vermişəm və 8 ildən çoxdur ki saytın işlənməsində, yenilənməsində tövhələrim olub. Bunları deməklə məqsədim ondan ibarətdir ki təcrübə baxımından artıq 10 ildən çoxdur ki proqramlaşdırma sahəsində işləyirəm və böyük təcrübəm vardır. İndiki zamanda hər ay bir neçə sayt layihəsi götürərək istifadəyə veririk. Böyük təcrübəmin həmçinin geniş praktikamın olması keçdiyim proqramlaşdırma kurslarında tələbələrimə əlavə imkanlar yaratmaqdadır.
 

Tələbələrə nə öyrədirik:

1. HTML, CSS - Bu hipermətn dili sizə bu sahədə həmişə lazım olacaqdır. İstənilən prqoramlaşdırma dilini istifadə etdikdə, istənilən saytın yaradılmasında, vizual görünüşlərin yaradılmasında HTML CSS istifadə edəcəksiniz. Bu səbəbdən gələcəkdə hansı istiqaməti seçməyinizdən asılı olmayaraq HTML və CSS lazımınız olacaqdır.
 
2. PHP - Hazırda saytların yaradılmasında ən geniş yayaılmış dillərdən biridə PHP proqramalşdırma dilidir. Bu dili öyrənməklə siz şəxsi saytlarını yarada və ya hazır proyeklər üzərində işləyə biləcəksiniz.
 
3. CMS DLE - Bu cms hazırda bir çox saytlarda istifadə olunur. Belə bir deyim var "velosiped ixtira olunubsa onu yenidən ixtira etməyə nə ehtiyac var". Yəni bu hazır sistemlər sizə bir çox məsələlərdə hazır həllər təqdim etməkdədir. DataLİfe Engine CMS-nin bütün dərinliklərini, struruktunu, müxtəlif növ saytların yaradılmasını sizinlə birlikdə öyrənəcəyik.
 
4. Bunlardan başqa Server, hostinq, domain adları, virtual serverlərin yaradılması üsulları və digər dərslər keçiriləcək.
 

 

Yekun olaraq kursun sonunda siz özünüz yaxınlarınız və ya müştəriləriniz üçün saytlar hazırlaya bilərsiniz.
 
Kursun aylıq qiyməti 100azn-dir. Tələbələrin götürümündən asılı olaraq 4-8ay müddətində həyata keçirilir.
Əlaqə üçün 055 621 45 66 (whatsapp)
Facebook https://www.facebook.com/tural.agayev.524
На сайте www.mesenfants.ru смесь нэнни цена.

Şəxsi mesajlar

Sizin yazışmalarınız