“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək


“Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək 19 noyabr tarixdə Akademik Zərifə Əliyeva adına Məktəbdə Multimedia Mərkəzi tərəfindən “Delphi 7 və proqramlaşdırma” kitabının təqdimat mərasimi keçiriləcək.

Multimedia Mərkəzindən xeberler.az-a daxil olan məlumata əsasən, kitabın müəllifləri fizika –riyaziyyat elmləri namizədi Nazim Rüstəmov və proqramçı Ramin Fərəcovdur. Kitabın elmi redaktoru BDU-nun dosenti Ramin Mahmudzadədir.

Multimedia Mərkəzinin nəşr etdiyi bu kitab proqramlaşdırmanı yeni öyrənməyə başlayanlar üçün nəzərdə tutulub.

Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi tövsiyə olunan kitabda proqramlaşdırma sahəsində ilkin bilik və bacarıqların mənimsənilməsi yolları haqqına bilgilər verilib. Kitab Azərbaycan dilində kifayət qədər sadə və anlaşıqlı formada yazılıb.

Tədbirdə təhsil və elmi ictimaiyyətin, dövlət və özəl qurumların nümayəndələrinin, proqramçıların iştirakı nəzərdə tutulur.




xeberler.az

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar