Min illik DVD hazırlandı


Min illik DVD hazırlandıDVD-nin ömrünün bitdiyini düşünənlər yanılıblar. Yeni hazırlanan DVD-lər min il məlumat saxlamaq qabiliyyətinə malikdirlər.
Amerikanın “Cranberry” şirkətləti tərəfindən hazırlanan “DiamonDisc” adlı DVD daşdandır. Bu DVD-lərin hazırlanmasında boyadan istifadə edilmir və o lazer texnologiyası ilə hazırlanır. DVD-lər daşdan hazırlamasına baxmayaraq, şəffaf görünüşə sahibdirlər.
Onların tək qüsurları isə bir dəfəlik istifadə üçün nəzərdə tutulmalarıdır.

"Cranberry LLC" firması istəyənlərə bu DVD-lərə məlumat yazıb göndərir. Şirkətin saytına göndərilən məlumatlar 4.7GB tutumda disklərə 34.95 dollar qarşılığında yazılıb göndərilir.

İki və daha artıq disk yazdırdıqda isə qiymət 29.95 dollara düşür. Şəxsi məlumatların, fotoşəkillərin və ya videoların nəsildən nəslə ötürülməsi üçün bu heç də pis qiymət deyil.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar