WhatsOnline ilə WhatsApp agenti ola bilərsiniz


WhatsOnline ilə WhatsApp agenti ola bilərsiniz

Son zamanlar WhatsApp tətbiqi ilə əlaqəli üçüncü insanlar tərəfindən hazırlanan fərqli tətbiqlərin gündəmə gəlməsi müzakirə olunur.

Daha çox Android platforması üçün nəzərdə tutulan bu proqramlar biri olan WhatsOnline iOS platformasında da tədbiq oluna bilir.


WhatsOnline proqramı ilə Android və iOS telefon istifadəçiləri WhatsApp dostlarının onlayn olduğunu izləyə biləcək.

Belə ki, WhatsOnline proqramında izləmək istədiyiniz dostları seçib onların nə vaxt onlayn olduğu barədə bildiriş alırsınız.

Həmçinin izlədiyiniz insanların gün ərzində hansı saatlarda onlayn olduğunu, gündə neçə saat onlayn olduğunu və gündə neçə dəfə WhatsApp-a daxil olduğunu görə bilərsiniz.

Qeyd edək ki, mobil tətbiq iOS və Android platforması üçün ödənişsizdir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar