Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?

Bu məqalədə sizlərə Windows 8.1 versiyasının 8.0 versiyasına nəzərən 11 müsbət cəhətlərini qeyd edəcəyik. Həqiqətən də Windows 8.1 versiyasında istifadəçiyə rahatlıq verəcək bir çox müsbət dəyişikliklər edilmişdir.


1. Başlanğıc ekranda POWER və AXTARIŞ düymələri. Başlanğıc ekranında GücAxtar düymələri. Bu düymələr Başlanğıc ekranının sağ üst küncündə, hesab şəkilinizin yanında görünwr. Kompüterinizi sürətlə və asanca bağlaya biləcək və birbaşa Başlanğıc ekranından axtarış edə biləcəksiniz. (Bəzi növ kompüterlərin Başlanğıc ekranında da bir Güc düyməsi yoxdur. Bunun yerinə, kompüterinizi Nizamlar düyməsindəki Güc düyməsindən bağlaya bilərsiniz.)
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


2. START DÜYMƏSİ və WIN+X kombinasiyasında yeniliklər. Bütün açıq və sabitlənən tətbiqlər vəzifə çubuğunda (Start) görünür. Masaüstünü istifadə etməni seçirsinizsə, həm masaüstü tətbiqlərini həm də Windows Mağazası tətbiqlərini açıq olduqlarında vəzifə çubuğunda görə bilərsiniz. Ayrıca, istədiyiniz tətbiqi vəzifə çubuğuna sabitləşdirərək bunları masa üstündə sürətlə aça bilər və ya tətbiqlər arasında keçid edə bilərsiniz.
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


3. Aktiv kənarların idarə olunması
Əvvəlki versiyada iş masasının aktiv kənarlarını ləğv etmək üçün reestrə düzəliş etmək lazım gəlirdi. Yeni versiyada idarə panelindən düzəliş etmək artıq mümkündür.

4. İş masasının yüklənməsi
Windows 8-in ən başlıca şikayətlərindən biri iş masasının birbaşa açılması idi. Belə ki klassik sistemə öyrəşmiş istifadəçilər üçün bir neçə dəfə keçid etmək çətin və yorucu gəlirdi. Belə ki yeni versiyada bu imkan da yarandı
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?



5. İşlənmiş başlanğıc ekran
Əsas burda 3 dəyişiklik baş vermişdir. Birincisi proqramları qurduqda proqram birbaşa ilkin ekranda çıxmır. İkincisi proqramların sıralanmasında və görünüşdündə dəyişikliklər olmuşdur. Üçüncüsü axtarışda nəticələrin görünməsidir.
Əgər Windows 8 ilkin ekranda bütün lazımsız yarlıq (arayış, tam versiyasını almaq, silmək və s) quraşdırıldıqdan sonra əlavə edilirdisə, Windows 8.1 istifadəçiyə seçim verilmişdir və indi yeni əlavələr avtomatik olaraq əsas "ilkin ekranda" çıxmır.
Həmçinin ilkin ekranın fonunu dəyişmək və plitkaların ölçüsünü dəyişmək mümkündür.
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?

Həmçinin axtarış zamanı nəticələr axtarışın altında görünür.
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


6. Birləşdirilmiş və daha aydın axtarış
8.1 versiyasında axtarış daha da kompaktlaşdırıb və istifadəçinin axtardığı proqram və ya faylı tapmasında sürətli nəticələrin əldə olunmasına imkan verir. Həmçinin post-sovet ölkələrində BİNG axtarış sisteminin yararsızlığı onu söndürülməsini tələb edir. Sürətli axtarış üçün WIN + W kombinasiyasından istifadə etmək imkanı yaranıb.
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


7. Ağıılı SkyDrive
Windows 8.1 versiyasından başlayaraq, SkyDrive susmaya görə avtomatik qurulur. Qeyd edək ki 8 versiyasında bu ayrıca proqram kimi təklif edilirdi.
Onun başlıca üstünlüklərindən biri faylın özünü yox metaməlumatlarını yadında saxlamasıdır. Bununlada sizə əlavə yer qazanmağa imkan yaradır. Sizə hər hansı bir fayl və qovluq lazım olursa SkyDrive həmin məlumatları kompüterinizə yükləyir istifadə və redaktə etməyə imkan yaradır. Burada internet sürətinizin də yaxşı olması tələb olunur, əks halda saatlarla faylın yüklənməsini gözləyə bilərsiniz )
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


8. ƏS Göstəricilərinin geniş nizamlanması
Yeni versiyada Əməliyyat sisteminin göstəricilərinin və parametrlərinin geniş nizamlanması təqdim edilir. Sizə panelin sağ və sol tərəflərində müxtəlif nizamlamalar üçün keçidlər verir. Bunlar içində yeni imkanlarda da var, misal üçün
- Dil parametrləri və fayllarının assosiasiyası
- Ev qrupu və Windows Update
- VPN və proksi
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


9. İntellektual Snap funksiyası
Windows 8 üçün maraqlı yenilik funksiyası Snap idi - ekranı bölüşmək imkanı verən və eyni zamanda 2 tətbiqdən istifadə etmək. Amma bir sıra məhdudiyyətlər qoyulmuşdu - ekran ölçüsü 1366С…768 aşağı olan zaman işləməyə imkan vermirdi. Bu isə planşetlərin işində çətinlik yaradırdı. 8.1 versiyasında isə bütün məhdudiyyətlər aradan qaldırıldı.
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


10. Daha rahat və müasir IE11
İnternet Explorer üçün demək olar ki 3 əsas dəyişiklik edilmişdir.
- Açıq pəncərələrin daha rahat idarə olunması
- Keçidləri yeni pəncərədə açmaq imkanı
- Brauzerin keşinin daha sürətli işləməsi
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


11. Klaviaturada xüsusi simvollar
Sensor klaviaturada simvollardan istifadə etmək imkanı yaranmışdır.
Windows 8.1 əməliyyat sistemindəki yeniliklər nələrdir?


Tural Ağayev
İstifadə edilən zaman mənbənin bildirilməsi vacibdir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 5
Karb10
Paylaşdığın üçün təşəkkürlər
azeyneddin
Məlumatlı xəbərə görə sağ olun...
senedeqalmaz
Maraqlı məlumata görə çox sağol Tural
Elit-killer
istifadə eləmişəm superdir.
AQIL_ISMAYIL
Tural ətraflı məlumata görə təşəkkürlər.
Biz sosial şəbəkələrdə
Sayğaclar
joshmacdonald.net . International Yuan