Optik disklərdə 10 terabayt


Optik disklərdə 10 terabayt

Avstraliyanın Cvinbern şəhərinin Texnologiya Universitetinin mühəndisləri 1,6 terabaytadək məlumat saxlamaq imkanına malik yeni optik disklər təqdim ediblər. Avstraliya mühəndislərinin işləyib hazırladıqları disklərin gələcək variantları 10 terabaytadək informasiya saxlaya biləcəklər.

Bununla belə, adi DVD-lərdən 10 000 dəfə artıq həcmli məlumat saxlamaq imkanına malik disklərin prototipləri artıq nümayiş etdirilib.

Təqdim olunmuş qurğularla Koreyanın Samsung Electronics şirkəti maraqlanıb və bu şirkətlə gələcək işləmələrin aparılması və texnologiyanın kommersiya istifadəsinədək çatdırılması üzrə işlərin maliyyələşdirilməsinə dair müqavilə imzalanıb, Cybersecurity yazır.

Faktiki olaraq yeni disklərdə informasiya bir neçə səviyyə üzrə yazılır. Və əgər klassik DVD disklərdə məlumat yazılma sıxlığı bir kvadrat santimetrə 51 meqabayt təşkil edirsə, yeni disklərin mühəndisləri artıq bir kub santimetrə 1,1 terabit göstəricisindən danışırlar.

Tərtibatçılar hesab edirlər ki, əgər şirkətlər onların işləmələri ilə maraqlanarlarsa, yeni disklərin dünya bazarına çıxarılması 6-8 ildən sonra baş tuta bilər.

Qaynaq: a-klass.com

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar