Huawei şirkəti unikal özəlliyə sahib olacaq virtual köməkçi üzərində çalışır. Bir çox Android smartfonlar Google Assistant-ı dəstəkləyir. Lakin bu sahədə kənar şirkətlərin də məhsulları var. Məsələn Samsung Bixby və ya LG ThinQ və s. Huawei şirkətinin də Çin bazarında istifadəyə verdiyi virtual köməkçisi var. İndi isə məlum olub ki, şirkət daha bir virtual köməkçi üzərində çalışır. Bu barədə Androidpolice saytı xəbər verib. Sözügedən yeni virtual köməkçi proqram ...
Keçən il 6 nüvəli A11 Bionic prosessorları ilə satışa çıxmış iPhone modelləri texniki tərəfdən yüksək göstəricilər sərgiləyərək öz rəqiblərini geridə qoydular. Lakin həmin texniki performansı bu il də gözləmək olarmı? Bu suala cavabı isə Apple şirkətinin əsas çip istehsalçısı olan TSMC-nin məlumatlarında aşkar etmək olar. Bu barədə Ubergizmo saytı xəbər verib. Məlumata əsasən TSMC bu il 7 nanometrlik prosessorlara keçid etməyi planlaşdırır. Şirkətin rəs ...
Sosial şəbəkələr müxtəlif xarakter və vərdişlərə sahib insanlarla dolu olan virtual yerlərdir. Həmin insanlardan çoxu özünü fağır və sakit aparır. Lakin elə insanlara da rast gəlinir ki, onlardan öz sosial şəbəkə hesablarını silmələrini və ümumiyyətlə internetdən uzaq olmalarını xahiş etməyi istəyirsən. İnsanlarda qıcıqlandırma yaradan insan növlərini aşağıdakı siyahıda təqdim edirik. Sevgililər Daimi şəkildə özlərinin və ya münasibətdə olduqları şəxslə ...
Məşhur messencerin yaradıcıları WhatsApp-ın 2.18.120 versiyalı betasında stikerlər albomu üzərində çalışmağa başlayıblar. Lakin görünür, bu yeni funksiya hələ tez bir zamanda istifadəçilərə təqdim olunmayacaq. Belə ki, tərtibatçılar stikerlər funksiyasının təqdim edilməsindən öncə onun funksionallığının yaxşılaşdırılması üzərində çalışırlar. Bir neçə müddət bundan öncə messencerin yeni beta versiyasında stikerlərlə bağlı yeni funksiya ortaya çıxdı. Bu ...
Apple şirkəti iPhone SE 2 modelini gələn ay təqdim edə bilər. Bu barədə Global Sources Mobile Electronics sərgisində iştirak etmiş qoruyucu keys istehsalçısı Yaponiyanın Mac Otakara saytına xəbər verib. Qoruyucu keyslərin istehsalı ilə məşğul olan şirkətin verdiyi məlumata əsasən yeni iPhone SE orijinal modelin ölçüsünü özündə qoruyub saxlayacaq. Smartfon həmçinin 4 inç ekran və Touch ID texnologiyası ilə təchiz olunacaq. Smartfonun arxa paneli şüşədən hazırlana ...
Apple şirkəti istifadəçiləri köhnə model iPhone cihazlarını emal edən Daisy adlı yeni robotla tanış ediblər. Şirkətin məlumatına əsasən Daisy köhnə model iPhone cihazlarını insanlardan fərqli olaraq daha effektiv şəkildə emal edir. 1 saat ərzində 200 ədəd iPhone cihazını emal etməyi bacaran robot smartfonun daxili komponentlərini ayıra və onları müxtəlif kateqoriyalar üzrə sıralaya bilir. Apple şirkəti bildirib ki, sözügedən robotdan istifadə etməklə şi ...