Məktəblilər üçün informatika dərslikləri (1-11ci siniflər)
~3MB Pulsuz

Məktəblilər üçün informatika dərslikləri (1-11ci siniflər)


Orta məktəblər üçün 1-11ci sinif informatika dərslikləri. Dərsliklərlə bərabər müəllimlər üçün metodik vəsaitlərdə yerləşdirilmişdir.
Adobe Fhotosohop Azərbaycanca 36 Video Dərs
779 MB Pulsuz

Adobe Fhotosohop Azərbaycanca 36 Video Dərs



Bu playlistdə Adobe Fhotosohop haqqında video dərslər toplanılıb. Photoshop dərsləri barədə daha ətraflı məlumat ala bilərsiniz.
Microsoft Word 2010 - Azərbaycanca 38 video dərslik
720 MB Pulsuz

Microsoft Word 2010 - Azərbaycanca 38 video dərslik



Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Microsoft Word 2010 proqramına həsr olunmuş ilk videodərsliyimdə sizləri salamlayıram. Çox saylı müraciətləri nəzərə alaraq bu videodərslərin çəkilişlərinə başlamışam. Ümid edirəm ki, bu videodərslər seriya şəkilində daha kefiyyətli formatda oxucularımın ixtiyarına veriləcək. Və tam olaraq təmənnasız və heç bir maliyyə dəstəyi olmadan öz imkanlarım hesabına həyata keçiriləcəkdir. Bu videodərsliklərim yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub.
İnformatika (tələbələr üçün dərslik) - Xəlilov M.S
6.7 MB Pulsuz

İnformatika (tələbələr üçün dərslik) - Xəlilov M.S

İnformatika (tələbələr üçün dərslik) - Xəlilov M.S


Universitet tələbələri üçün nəzərdə tutulmuş dərslikdə fərdi kompüterlərin aparat və proqram təminatları, onların iş prinsipləri istifadəiçilərin başa düşəcəyi sadə dildə şərh edilmişdir. Burada məqsəd: tələbələri «İnformatika»nın bir elm kimi əsas nəzəri və praktik aspektləri ilə tanış etmək, avtomatlaşmış informasia mənbələrindən istifadə etmək üçün informatikanın bir vasitə kimi öyrədilməsi, tipik informasiya sistemləri ilə işləmək üçün praktik vərdişlərin aşılanması, informasiyalaşdırma proseslərinin hüquqi əsaslarını və informasiya texnologiyalarının müdafiəsinin öyrədilməsini təmin etməkdir.
Kitabdan universitet tələbələri, aspirantlar, magistraturaya qəbul imtahanlarına hazırlaşanlar və digər mütəxəssislər istifadə edə bilərlər.
İbayev Zabil. Java (başlayanlar üçün dərslik)
1.9 MB Pulsuz

İbayev Zabil. Java (başlayanlar üçün dərslik)

İbayev Zabil. Java (başlayanlar üçün dərslik)


Kitab kimlər üçündür.
İlk olaraq onu bildirmək istəyirəm ki, kitab professional proqramçılar üçün deyil həvəskarlar üçün nəzərdə tutulub. Çünki özüm professional proqramçı deyiləm.
Azərbaycan dilində Java proqramlaşdırma dili üzrə ədəbiyyatın olmaması və ya mövcud kitabların yetərincə mənə aydın yazılmadığını nəzərə alıb digər həvəskarlarında belə çətinliklə üzləşəcəyini düşünüb proqramlaşdırmada əldə edəcəyim təcrübəmi bu kitabda toplayıb sizinlə bölüşürəm.
Yaradılmış proqramlaşdırma dillərinin ingilis dilli olması bizi eyni zamanda ingilis dilini müəyyən səviyyədə öyrənməyə məcbur edir. İngilis dilində zəif bilən və ya yeni başlayanlara kömək olsun deyə bəzi terminlərin oxunuşunu yanında yazıram. Professional proqramist dostlarım təcrübələrinə əsaslanaraq proqramlaşdırmada yüksək nəticə əldə etmək üçün ingilis dili biliyinin vacib olduğunu deyirlər. Sərbəst şəkildə çalışacağınız zaman qarşınıza çıxan problemlərə həlləri nə bu kitab nə də başqası internet üzərindəki material qədər sizi qane edə bilməz. İnternetdə axtarışda daha dəqiq nəticə əldə etmək üçün isə ingilis dili bilmək vacibdir. Daha bir əmma var əməliyyat sistemi olaraq Windows OS 8.1, Java-da yaza bilmək üçün NetBeans proqramını ingilis dilində işlədirəm. Əgər heç bir ingiliscə biliyiniz yoxdursa belə narahat olmayın bu kitabdan yenə də nə isə öyrənə bilərik.
Əvvəlki eksperimetlərimi də kompüter şəbəkələrini öyrəndiyim zaman Zİ-N Kompüter şəbəkələri və Çatışmayan biliklər kimi kitablarımda bölüşmüşəm. Zİ-N Kompüter şəbəkələri kitabında da göstərildiyi kimi mənim tərəfimdən yazılan kitabların müəllifi göstərilməklə çap və satışdan gəlir əldə edilə bilər. Məncə bilik pulsuz paylaşılmalıdır.
HTMLin Əsasları Azərbaycanca Dərslik
875 KB Pulsuz

HTMLin Əsasları Azərbaycanca Dərslik

HTMLin Əsasları Azərbaycanca Dərslik


Hörmətli oxucu! Bu Azərbaycan dilində "HTML-in əsasları" kursu üzrə hazırlanmış ilk vəsaitlərdən (bəlkə də yeganə) biridir.
Bu vəsaiti hazırlayarkən çoxlu sayda mənbələrdən istifadə olunmuşdur. Bu vəsait adı çəkilən kursa baxışlardan biridir və burada düzgün olmayan fikirlər, terminlər ola bilər. Vəsait gələcəkdə təkmilləşdiriləcək. Ona görə təkliflərinizi və qeydlərinizi aşagıdakı ünvana göndərsəniz çox məmnun olarıq.
Obyekt-yönlü proqramlaşdırma: Microsoft Visual Basic for Applications (Azərbaycanca Dərslik)
9.6 MB Pulsuz

Obyekt-yönlü proqramlaşdırma: Microsoft Visual Basic for Applications (Azərbaycanca Dərslik)

Obyekt-yönlü proqramlaşdırma: Microsoft Visual Basic for Applications (Azərbaycanca Dərslik)


Dərs vəsaitində praktiki məsləhətlər formasında Microsoft Office əlavələrinin yaradılaması üçün Microsoft Visual Basic for Applications (MS VBA) mühitində obyektyönlü proqramlaşdırmanın əsasları verilib. Materiallar ayrıca fəsillər və fəsillərin bölmələri görkəmində oxucuya təqdim edilir. Hər bir fəsil və bölmədə qısa, yığcam və eyni zamanda oxucu üçün aydın şəkildə konkret mövzu ilə bağlı nəzəriyyənin əsasları və çox sayda nümunəvi misallar verilib. VBA-nın obyektyönlü mühitində Office proqramlaşdırması praktiki tərəfdən mənimsənilsin deyə hər mövzuya aid sərbəst öz üzərində işləmək üçün tapşırıqlar təklif edilir. Dərs vəsaiti daha çox informatika, kompyuter elmi kimi ixtisaslarda təhsil alan bakalavr və magistrlər üçün nəzərdə tutulub. Bununla belə, digər ixtisaslarda təhsil alan bakalavr və magistrlər üçün də dərs vəsaiti faydalı ola bilər. Həmçinin Visual Basic for Applications mühitində Microsoft Office proqramlaşdırmasının əsaslarına yiyələnmək istəyən müxtəlif sahələrdə çalışan mütəxəssislər də kitabdan istifadə edə bilər.
Samsung Kies 3.2.16044 / v2.6.4.16084
38.72 & 68.41 MB Pulsuz

Samsung Kies 3.2.16044 / v2.6.4.16084

Samsung Kies 3.2.16044 / v2.6.4.16084


Kies proqramının köməyi ilə kompyuterə Samsung mobil telefonunu müxtəlif elektron qurğularını, MP3 və rəqəmli fotoaparatları qoşmaq mümkündür. Proqram həmçinin bu qurğularda saxlanılan tərkibi idarə etməyə icazə verir. Bir paketdə yığılmış bütün lazımlı funksiyalar bir arada.
RoboTask 6.4.0.875 Personal + Business
26.44 MB Pullu [Açar mövcuddur]

RoboTask 6.4.0.875 Personal + Business

RoboTask 6.4.0.875 Personal + Business


RoboTask kompüterinizdə edəcəyiniz işləri avtomatik hala gətirmənizə, müxtəlif vəzifələr meydana gətirmənizə köməkçi olan bir avtomatlaşdırma proqramıdır. RoboTask ilə e-poçta nəzarət etmə və göndərmə, faylların yerini dəyişdirmə, fayl yükləmə və fayl endirmə kimi əməliyyatları avtomatik olaraq etdirə bilmənizi təmin edər.
RJ TextEd v11.21 Final + Portable
95.28 & 94.74 MB Portable [Pulsuz]

RJ TextEd v11.21 Final + Portable

RJ TextEd v11.21 Final + Portable


RJ TextEd - mətnin, html-sənədlərin, java-skriptlərin, C++, Delphi, PHP və s. redaktəsi üçün bir çox imkanları ilə Unicode redaktoru.
Biz sosial şəbəkələrdə
Sayğaclar