Xəbərlər

Apple, qulaqlıqlar üçün keçid naqilinin iPhone komplektində satılmasından imtina edə bilər

Apple, qulaqlıqlar üçün keçid naqilinin iPhone komplektində satılmasından imtina edə bilər

Apple şirkətinin öz smartfonlarında ənənəvi 3.5 mm-lik audiogirişdən imtina etməsi mübahisəli hal idi. Lakin Lightning-dən 3.5 mm-lik girişə olan keçid naqili vəziyyəti düzəldirdi. Görünür, Apple şirkəti artıq bu keçid naqilindən də imtina edəcək. Bu barədə Cult of Mac saytı xəbər verib. Sonuncu hesabata əsasən Apple şirkəti bu keçid naqilini öz smartfon komplektlərinə yerləşdirilməsindən imtina edəcək. Beləliklə iPhone 2018 modelinin alıcıları artıq bu keçi ...

Apple şirkəti unikal AR eynəkləri və gələcəyin maşınını təqdim edəcək

Apple şirkəti unikal AR eynəkləri və gələcəyin maşınını təqdim edəcək

Apple layihələri üzrə artıq öz dəqiq proqnozlarını vermiş məşhur analitik Ming Chi-Kuo-nun sözlərinə görə şirkətin gələcəyi Apple Car və AR eynəklərdən asılıdır. Onun fikrincə məhz bunlar şirkətin texniki məhsullarının ən məntiqli davamı olacaq. Analitikin verdiyi məlumata əsasən Apple Car layihəsi 2023-2025-ci illərdə təqdim olunacaq. Şirkət sözügedən maşınlar üçün platformanı artıq bir neçə ildirki hazırlayır. Güman olunurdu ki, Apple öz maşınları üçün kən ...

Samsung şirkəti smartfonlar üçün özünün 5G modemini təqdim etdi

Samsung şirkəti smartfonlar üçün özünün 5G modemini təqdim etdi

Samsung şirkəti mobil cihazlar üçün nəzərdə tutulmuş 5G modemini hələ bu ilin əvvəlində CES 2018 tədbirində bağlı qapılar arxasında təqdim etmişdi. Lakin həmin vaxtda şirkət modemin nə zaman bazarda satışa çıxarılacağı barəsində məlumat verməmişdi. Şirkət sonunda rəsmi olaraq 3GPP (3rd Generation Partnership Project) standartlarını dəstəkləyən Exynos Modem 5100 adlı 5G modemi anons etdi. Yeni modem 10 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 2G GS ...

Məişət texnikası üzrə jurnalların Avropa Assosiasiyası bu ilin ən yaxşı smartfonunu seçdi

Məişət texnikası üzrə jurnalların Avropa Assosiasiyası bu ilin ən yaxşı smartfonunu seçdi

    Huawei bu il unikal smartfon modelini satışa çıxartmağı bacardı. Söhbət, P20 Pro flaqman modelindən gedir. Sözügedən smartfon əla dizayn, yüksək texniki göstəricilər və ən əsası smartfon bazarında ilk dəfə üçlü arxa kameraya sahib oldu. Smartfon bir çoxları tərəfindən müsbət fikirlər əldə etdi. Bir neçə müddət bundan öncə isə audio və videotexnika jurnallarının Avropa Assosiasiyası (European Imaging and Sound Association, EISA) Huawei P20 Pro smartfonunu bu i ...

Avstraliyalı məktəbli Apple şirkətinin serverlərini hack edib

Avstraliyalı məktəbli Apple şirkətinin serverlərini hack edib

Avstraliyadan olan məktəbli mütəmadi olaraq Apple şirkətinin serverlərinə kiberhücumlar edirdi. Nəticədə bu məsələyə son qoymaq üçün Apple şirkəti FBI-ya müraciət etməli oldu. Məktəblinin sonuncu kiberhücumu olduqca uğurlu reallaşdırılıb. Belə ki, həmin məktəbli sonuncu kiberhücum zamanı şirkət serverlərindən 90 GB həcmində qorunan məlumatlar və şirkət müştərilərinin hesablarını əldə edib. Sadalanmış fayllar məktəblinin evindəki kompüterdə axtarış zamanı aşk ...

Google şirkəti istifadəçilərin yerləşdikləri yerlər barədə məlumatların yığılmasını təsdiqlədi

Google şirkəti istifadəçilərin yerləşdikləri yerlər barədə məlumatların yığılmasını təsdiqlədi

Google şirkəti Location History funksiyasının deaktiv edilməsi halında da bəzi vəziyyətlərdə istifadəçilərin yerləşdikləri yerlər barədə məlumatların yığıldığını təsdiqləyib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Associated Press saytı bu barədə tədqiqat aparmış və belə nəticəyə gəlmişdi ki, istifadəçi hətta Location History funksiyasını deaktiv etdikdə belə şirkətin axtarış sistemi və servisləri istifadəçinin yerləşdiyi yer barədə məlumatları ...

Xiaomi Mi Mix 3-ün yeni fotoları sızdırıldı

Xiaomi Mi Mix 3-ün yeni fotoları sızdırıldı

Vaxtı ikən Xiaomi Mi Mix flaqman smartfonu ən birinci çərçivəsiz ekranlı smartfon modellərindən biri idi. Lakin həmin vaxtdan uzun müddət keçib və bazarda artıq yetəri sayda çərçivəsiz ekranlı smartfonlar var. İndi isə Xiaomi Mi Mix seriyasının üçüncü nəslinin yeni fotoları Çinin Weibo saytında yayılıb. Fotolardan da görmək olar ki, yeni modelin ekranı smartfon səthinin 90%-dən çoxunu əhatə edəcək. Bundan əlavə olaraq smartfon maksimal dərəcədə nazik ekran ç ...

Apple Store mağazasında iPad modellərindən biri partladı

Apple Store mağazasında iPad modellərindən biri partladı

Bazar günü Amsterdamda yerləşən Apple Store mağazasında iPad modellərindən biri partlayıb. Hadisənin səbəblərindən biri isə iPad modelində olan batareyanın nasazlığı ola bilər. Mağazadakı insanlardan heç biri xəsarət almasa da 3 nəfərə tibbi yardım göstərilib. Planşetin partlayışının nə dərəcədə güclü ola biləcəyini aydınlaşdırmaq çətindir. Belə ki, mağaza əməkdaşları planşeti tez bir zamanda içərisi qumla dolu olan konteynerə yerləşdiriblər. Hətta bu halda ...

Huawei professional kamera ilə çəkilmiş fotonu smartfon vasitəsilə çəkilmiş kimi təqdim edib

Huawei professional kamera ilə çəkilmiş fotonu smartfon vasitəsilə çəkilmiş kimi təqdim edib

Bugün internetdə Huawei şirkəti ilə bağlı maraqlı bir xəbər yayıldı. Belə ki, məlumata əsasən şirkət professional fotokamera vasitəsilə çəkilmiş fotonu Nova 3 smartfon modelinin ön kamerası ilə çəkilməsi adı ilə təqdim edibmiş. Şirkətin Misirdəki şöbəsi sözügedən smartfonun ön kamerasının yüksək özəlliklərini əks etdirən reklam videosu paylaşıb. Videonun paylaşılmasından bir neçə müddət sonra modellərdən biri olan Sarah Elshamy öz Instagram hesabında videonu ...

Samsung şirkəti nəhəng Galaxy View 2 planşeti üzərində çalışır

Samsung şirkəti nəhəng Galaxy View 2 planşeti üzərində çalışır

AndroidPolice saytının verdiyi məlumata əsasən Samsung şirkəti Galaxy View adlı planşetin ikinci nəslini təqdim etməyə hazırlaşır. Sayt həmçinin sözügedən planşetin bəzi texniki göstəricilərini də paylaşıb. Beləliklə Galaxy View 2 planşeti 17.5 inç Full HD ekran, Exynos prosessoru, 3 GB RAM, microSD girişi və USB Type-C girişi ilə təchiz olunacaq. Planşet Android Oreo əməlyyat sistemi vasitəsilə çalışacaq. Bununla yanaşı istifadəçinin planşetdən həm şaquli h ...

Biz sosial şəbəkələrdə
Sayğaclar