Intel 8-nüvəli prosessor


Intel 8-nüvəli prosessor

Intel korporasiyası server və iş stansiyaları üçün 8-nüvəli Intel Xeon 7500 prosessorlarının yeni seriyasını təqdim edib.Yeni modellərin əvvəlkilərdən əsas üstünlüyü yüksək məhsuldarlıq, enerji sərfiyyatı və məsələlərin həlli baxımdan effektivlikdir.Hər bir prosessor 16 qiqabayt maksimal modul həcmi ilə DDR3 yaddaşının 16-dək modulunu dəstəkləyir.Belə vəziyyətdə dörd prosessorun istifadəsi zamanı server bir terabayt operativ yaddaş həcmi ilə işləmək imkanına malikdir. İstifadə olunan prosessor sayının səkkizə çatdırıldığı halda isə yaddaş həcmi 8 terabayt ola billər.Seriyada təqdim olunan modellərin dəstəklədikləri texnologiyalar arasında Machine Check Architecture (qarşısı alınmaz səhvdən sonra sistemin bərpa olunması), QuickPath Technology (sistemlərin genişləndirilməsi), VT FlexMigration (Intel CoreTM mikroarxitekturalı bütün platformalarda yığılmış virtual maşınların ani miqrasiyası) texnologiyalarını qeyd etmək olar, DayliComm yazır.Yeni seriyanın 2,26 Qqs takt tezlikli Intel X7560 ön modelinin topdan satış qiyməti 3692 ABŞ dollar təşkil edir.Xatırladaq ki, Intel-in əsas rəqibi olan AMD şirkəti bir neçə gün bundan əvvəl 8 və 12-nüvəli Opteron prosessorlarından ibarət yeni server çipləri seriyası təqdim etmişdir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Təəssüratlar 1
superqurbi
ucuzlari da var da intel Xeon X3440 bu 4 fiziki 8 virtual nuvedi
Biz sosial şəbəkələrdə
Sayğaclar