Firefox 4


Firefox 4


“Mozilla Foundation” fondunun rəhbərlərindən biri olan Deymon Sikore bunu brauzerin istifadəçilərinə ünvanladığı məktubda bildirib.

Deymon Sikore deyib ki, hazırda “Firefox 4”-ün beta-versiyasında 160 mühüm səhv var. Bu qüsurlar aradan qaldırılandan sonra ilk öncə növbəti beta-versiya təqdim olunacaq. Məhz həmin beta-versiyadan sonra məhsulun final versiyasının nümayiş etdiriləcəyi nəzərdə tutulur.Bununla yanaşı, “Firefox 4”-ün dəqiq təqdim olunacağı tarix hələ açıqlanmır.

“Firefox” dünyanın ən populyar brauzerlərindən biridir. “StatCounter” analitik şirkətinin təqdim etdiyi rəqəmlərə əsasən, onun dünyanın brauzer bazarındakı payı 2010-cu ilin dekabr ayında 30 faizdən çox olub. Bu göstəricidə “Firefox” yalnız bazarın təxminən 47 faizinə nəzarət edən “Microsoft Internet Explorer”-dən geridə qalır.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar