Internetin əsasları....


Internetin əsasları....


İnternet milyonlarala istifadəçini və informasiya resurslarını özündə birləşdirən qlobal şəbəkədir.

1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarında Internetin əsasını qoydu. Bu zaman bir qrup alim kompüterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır.Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir. Şəbəkə bir tərəfdən hərbi sənaye sahəsində elmi tədqiqatlara təkan verməli, digər tərəfdən, məsələn, raket-nüvə zərbəsi endirilərkən, yaxud aviasiya bombardmanı zamanı zədələnməyə dayanıqlı və bu şəraitdə normal fəaliyyətini davam etdirməyə qabil şəbəkələrin qurulması metodlarının tədqiqat obyekti olmalı idi.

Bu ideyalar Massaçusets Texnologiya İnstitutundan C.Liklayderin “Man-Computer Symbiosis” (İnsan-Kompüter simbiozu) (1960-cı il), “Qalaktika şəbəkəsi” (1962-ci il) və “The Computer as a Communication Device”(Kompüter əlaqə qurğusu kimi) (1968-ci il) məqalələrində öz əksini tapmışdır.

1961-ci ildə Kaliforniya Universitetinin professoru Leonard Kleynrok informasiyanın paket prinsipi ilə ötürülməsi haqqında ilk işini (”İnformation Flow in Large Communication Nets”) çap etdirir.
Bu işində o, qlobal informasiya şəbəkələrinin qurulmasının başlıca prinsipini formalaşdırır:
informasiyanı müəyyən zaman müddətində, müxtəlif sayda əlaqə qovşaqlarından keçməklə, böyük məsafəyə göndərmək üçün verilənlər kiçik paketlərə ayrılmalı və bir-birindən asılı olmadan ötürülməli, yalnız son məntəqədə qəbul edici tərəfindən bir yerə yığılmalıdır.

ARPANET layihəsi paketlərin kommutasiyası ilə şəbəkələrin yaradılması üsuluna əsaslanır. Bu şəbəkə növündə informasiya böyük olmayan paketlərə bölünür, həmin paketlər təyin olunmuş yerə çatana qədər səmərəli marşrut seçərək bir-birindən asılı olmayaraq müxtəlif əlaqə qovşaqları vasitəsi ilə yerini dəyişir. Sonda paketlər final nöqtəsində yenidən birləşərək ilkin formanı alır. Bütün kompüterlərin eyni hüquqlu olması informasiyanın konkret bir kompüterdən asılılığını aradan qaldırır. Əgər kommunikasiya xəttinin bir hissəsi sıradan çıxarsa, böyük olmayan paketlər digər işləyən əlaqə xətlərə ötürülə bilər.

ARPANET sistemi uzaq məsafədə olan kompüter mərkəzləri ilə əlaqələri yaradırdı. Bu sistem elektron poçtunun göndərilməsi və informasiya mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf edərək, 1983-cü ildə iki şəbəkəyə, ARPANET və MİLNET şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər, ARPANET şəbəkəsi isə elmi tədqiqatlar məqsədi üçün nəzərdə tutulurdu. İki şəbəkə arasında informasiya mübadiləsi imkanı yaranır və bu birləşmə Internet adı ilə tanınır.
1980-ci ildə yeni şəbəkələr meydana gəldi. Məsələn:
BITNET (Because It’s Time Network), CSNET (Computer Science Network) şəbəkəsi hesablama texnikası və proqramlaşdırma üzrə tədqiqatçıları birləşdirirdi. Sonralar bu şəbəkələr Internetə daxil oldu.
Bu texnologiya hətta müharibə vaxtı kompüterlər arası məlumat mübadiləsini təmin edən əlaqə kanallarının tam kəsilməsinə təminat verir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar