Google


Google

Google kompaniyası və dünyanın 17 nəhəng muzeyləri “Art Project” adlı iri miqyaslı bədii layihənin buraxılmasını elan edib. Bu layihə planetin müxtəlif nöqtəsindən belə internet vasitəsi ilə muzey salonlarına daxil olunaraq, yüksək keyfyyətli olan sərgiyə qoyulmuş incəsənət əsərlərini görmək olar.Qeyd edək ki, Google bu layihədə “Google Maps Street View” şəhər kartlarının yaradılmasında istifadə etdiyi texnologiyaya əsaslanır. Həmin layihə kommersiya üçün nəzərdə tutulmayıb və ona görə də Google şirkətinə gəlir gətirməyib.“Art Project”- internet-məkanında qərarlaşan 385 muzeyin minlərlə əsərləridir.
Bu layihə istifadəçiyə müxtəlif imkanlar yaradır, belə ki o incəsənət əsərinin xırda detalından tutmuş, onun tarixi və rəssamı haqqında məlumat verir.Layihənin rəhbəri Amit Sud bildirib ki: “ Biz geniş miqyaslı məlumat ötürürük. Bir çox internet-istifadəçiləri şəxsi virtual bədii qalereyasını yarada bilər.“Art Project” proqramı bir çox insanları Londondakı Tate qalereyasına, Madriddəki Tissen-Bornemiss muzeyinə, Nyu-Yorkdakı Metropoluten muzeyinə, Parisdə Versal və Rusiyanın Ermitaj və Tretyakov qalereyalarına internet vasitəsi ilə tanışlığa dəvət edir.Layihənin məqsədi muzeylərlə heç vaxt tanış olmayan insanlarda incəsənət sahəsinə maraq oyatmaqdır.Layihəyə qatılan 17 muzeyin hər biri öz kolleksiyasından. Google-un 7 milyard piksellik texnologiyası ilə yüksək keyfiyyətli çəkiliş üçün 1 əsərini təqdim edib. Siz burda adi gözlə görə bilmədiyinizi də görəcəksiz. Çəkilişlərin səviyyəsi elədir ki, bu hətta mütəxəssislərin-tədqiqatçı və bərpaçıların da diqqətini cəlb edib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar