Facebookdan telefon açıqlaması


Facebookdan telefon açıqlaması

HTCin bir rəsmi bir 'Facebook' telefonu çıxaracağına dair söz-söhbətlərin doğru olmadığı ortaya çıxdı.Facebook, HTC ilə hər hansı bir ortaqlıq içində olmadığını açıqladı.HTC-in Facebook xüsusiyyətlərinə sahib bir ağıllı telefon tanıtmağı planladığı doğru, ancaq bu telefonun rəsmi bir 'Facebook telefonu' olduğu mənasını vermir.Facebook idarəçisi Dan Rose mövzu haqqında belə söyləyir: "Bu yalnız ortaq API-imizi istifadə edən və cihazına maraqlı bir şəkildə inteqrə edən bir istehsalçıların yeni bir nümunəsidir".Rose, bu cib telefonunun Facebook markasını daşıyıb daşımayacağı sualına isə "daşımayacaq" cavabını verdi.Sony Ericsson kimi bəzi digər istehsalçılar da telefonlarında Facebook inteqrasiyasını daha qüvvətli bir hala gətirmək üçün işləyirlər. Bu, bəlkə də Facebookun işin çətin qisimini telefon istehsalçılarına buraxmaq məqsədiylə izlədiyi bir strategiya ola bilər.İctimai şəbəkə nəhəngi hər hansı bir istehsalçıya xüsusi rəftar göstərmir və beləliklə bütün ağıllı telefon istifadəçilərinə bərabər bir sahə təmin edir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar