Google Chrome Windows XP və Windows Vista üçün dəstəyini dayandırır


Google Chrome Windows XP və Windows Vista üçün dəstəyini dayandırır


Məlum olduğu kimi artıq keçən ildən Windows XP əməliyyat sisteminə rəsmi olaraq dəstək və yenilənmələr dayandırılıb. Vista məhsuluna isə 2017ci il 11 aprel ayına kimi yenilənmələr və dəstək davam edəcək. Hərçənd ki bir çox bankomatlar terminallar və köhnə kompüterlər bu əməliyyat sistemləri üzərində hələdə işləməkdədir. Bu konteksdə Google şirkəti öz brauzeri olan Chrome-un bu əməliyyat sistemləri üçün yenlənmələrini dayandıracağı vaxtı açıqlayıb.

Google şirkəti daha əvvəl dəstəyi 2015ci ildə dayandırmağı nəzərdə tutsalarda sonradan bunu 2016cı ilə keçirməyi qərara aldılar. Google Chrome məhsulunun Windows XP və Windows Vista üçün 2016cı ilin yazından dəstəyini dayandıracaq. Həmçinin bu vaxt ərzində brauzerin Mac OS X 10.6, 10.7 və 10.8 əməliyyat sistemləri üçündə dəstəyi dayandırlacaq. Statistikaya əsasən hazırda Windows XP istifadəçiləri 11%, Vista istifadəçiləri isə 2% təşkil etməkdədir. Verilmiş bu qərarların istifadəçilərin bu əməliyyat sistemlərini yavaş-yavaş tərk edəcəyi və daha müasir əməliyyat sistemlərindən istifadə edəcəyi gözlənilir.


Qeyd: Xəbərə istinad edərkən mənbəni göstərmək vacibdir.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar