Digərləri

Xiaomi Redmi 6-nın təqdimat tarixi məlum oldu

Xiaomi Redmi 6-nın təqdimat tarixi məlum oldu

    Xiaomi şirkətinin Redmi seriyasından olan smartfonlar büdcəli seqmentdə ən məşhur cihazlardan biridir və bu brendin pərəstişkarları artıq uzun müddətdir ki, Redmi 5-i əvəzləyəcək smartfonu gözləyirlər. Nəticədə Xiaomi şirkəti Redmi 5-in davamçısının təqdimat tarixini açıqladı. Şirkətin Weibo sosial şəbəkəsində paylaşdığı tizer fotoda 12 İyun tarixi əks olunub. Həmin təqdimatda dəqiq olaraq Redmi 6 seriyasının modellərindən birini təqdim edəcəklər.   ...

Android'in yaradıcısı Andy Rubin özünün Essential şirkətini satmağa hazırlaşır

Android'in yaradıcısı Andy Rubin özünün Essential şirkətini satmağa hazırlaşır

    Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin tərəfindən yaradılmış və smartfon istehsalı ilə məşğul olan Essential şirkəti Essential Phone 2 modelinin istehsalını dayandırıb və şirkətin satılmasını müzakirə edir. Bu barədə Bloomberg saytı xəbər verib. Qeyd etmək lazımdır ki, şirkət öz ilk smartfonu olan Essential Phone modelini keçən ilin Avqust ayında satışa çıxartmışdı.     Bloomberg-in verdiyi məlumata əsasən Essential Phone 2-nin istehsalı ...

Forbes Reytinqi: Apple dünyanın ən bahalı brendi seçildi

Forbes Reytinqi: Apple dünyanın ən bahalı brendi seçildi

ABŞ-ın məşhur Forbes jurnalı dünyanın ən bahalı 100 brendinin reytinqini tərtib edib. Həmin reytinqə Google, Microsoft, Facebook və Amazon şirkətləri də daxil olublar. Lakin artıq 8-ci ildir ki, sözügedən reytinqin birinci yerində məhz Apple şirkəti qərarlaşır. Beləliklə Forbes jurnalı Apple brendini 182.8 milyard dollar dəyərində qiymətləndirib. Yəni şirkətin qiyməti keçən ilki göstərici ilə müqayisədə 8% artıb. İkinci yeri artıq 3-cü ildir ki, Google ...

Hələ anons olunmamış BlackBerry Key2-nun ilk videosu təqdim olundu

Hələ anons olunmamış BlackBerry Key2-nun ilk videosu təqdim olundu

    Bu ayın əvvəlində anons olunmamış BlackBerry Key2 smartfonu Bluetooth və Wi-Fi sertifikatlaşdırmadan keçmişdi. İndi isə şirkət sözügedən modelin tizer videosunu paylaşıb. Həmin videoda smartfon ikili arxa kameraya və qəribə düyməyə sahibdir. Təqdim olunmuş videodan da görmək olar ki, smartfonun arxa paneli üfüqi şəkildə yerləşdirilmiş ikili kameraya sahibdir. Ön paneldə isə sensorlu ekran və QWERTY klaviatura yerləşib. Smartfonun ən aşağı hissəsində təyinatı ...

Rəcəb Tayyib Ərdoğan Türkiyədə Uber'in fəaliyyətini qadağan etdi

Rəcəb Tayyib Ərdoğan Türkiyədə Uber'in fəaliyyətini qadağan etdi

    Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur taksi servisi olan Uber-in ölkədə fəaliyyətini qadağan etdi və yerli taksi sisteminə dəstəyini açıqladı. “Türkiyədə olan Uber biznesinə son qoyuldu. O artıq yoxdur” – deyə prezident bildirib. Türkiyə lideri onu da bildirib ki, ölkədə artıq yerli taksi sistemi fəaliyyət göstərir və özəl avtomobil sisteminin türkiyəli taksistlərin biznesini məhv etməyə heç kim icazə verməyəcək. Qeyd etmək lazımdır ki, Uber Türk ...

Apple şirkəti iOS 12-ni təqdim etdi

Apple şirkəti iOS 12-ni təqdim etdi

    Apple şirkəti tərtibatçılar üçün keçirtdiyi WWDC 2018 tədbiri çərçivəsində yeni iOS 12 əməliyyat sistemini təqdim etdi. Şirkətin verdiyi məlumata əsasən yeni iOS versiyası hətta köhnə model iPhone-ların da güclərini artıracaq. Məsələn iOS 11-dən fərqli olaraq iPhone 6 Plus modelində tətbiqlər 40%, klaviatura 50%, kamera interfeysi isə 70% daha sürətlə işə düşəcək. Optimizasiyadan əlavə iOS 12 bir sıra yeni funksiyaları da özü ilə gətirib. Arıtırlmış ...

Apple öz saytında bütün istifadəçi məlumatlarının olduğu bölməni istifadəyə verdi

Apple öz saytında bütün istifadəçi məlumatlarının olduğu bölməni istifadəyə verdi

    Apple şirkəti öz rəsmi saytında Data & Privacy bölməsini işə salıb. Həmin bölmədə bütün Apple istifadəçilərinin məlumatları yerləşir. Sözügedən bölmədə bütün alış-verişlər, tətbiqlərdən istifadə hekayəsi, təqvim, iCloud-da, Apple Music-də saxlanan foto və sənədlər, Game Center statistikası, marketinq hekayəsi və həmçinin AppleCare servisinin hekayəsi məlumatları bir araya toplanıb. “Bundan sonra Apple məhsulları konfidensiallıq barədə yeni məlum ...

Hamının sevimlisi sarı transformer geri qayıdır: Bumblebee filminin ilk traileri

Hamının sevimlisi sarı transformer geri qayıdır: Bumblebee filminin ilk traileri

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyində özünə sığınacaq tapır. Charlie adlı qızın 18 yaşı tamam olmaq üzrədir və o, həyatdakı öz yerini axtarır. Nəticədə məhz Charlie Bumblebee-ni tapır. Lakin sonradan ona aydın olur ki, bu heç də sadə Volkswagen avtomobili deyil. Rejissoru Travis Knight-ın olduğu filmdə baş rolları Hailee Steinfeld, John Cena, Martin Short, Pamela Adlon, Megyn Price və digərləri c ...

Uber öz nüfuzunun bərpası üçün 500 milyon dollarlıq reklam kampaniyasına start verib (VİDEO)

Uber öz nüfuzunun bərpası üçün 500 milyon dollarlıq reklam kampaniyasına start verib (VİDEO)

    Uber şirkəti Travis Kalanick-in başçılığı vaxtında qarşılaşdığı qalmaqallar nəticəsində zədələnmiş nüfuzunu bərpa etmək üçün bu ilin sonuna kimi yeni reklam kampaniyasına 500 milyon dollar xərcləyəcək. Bu barədə The Information saytı xəbər verib. Sözügedən reklam kampaniyası keçən ay başlayıb. Kampaniyanın ilkin mərhələsində ABŞ telekanallarında şirkətin hal hazırki CEO-su olan Dara Khosrowshahi-nin əks olunduğu reklam videoları əks olunub.     Həmi ...

Dünyanın ən bahalı süni zəka startapı SenseTime bir neçə aya 1.2 milyard dollar investisiya aldı

Dünyanın ən bahalı süni zəka startapı SenseTime bir neçə aya 1.2 milyard dollar investisiya aldı

    Çinin SenseTime adlı süni zəka startapı ikinci investisiya raundunda 620 milyon dollar investisiya cəlb etdiyini bildirib. Beləliklə stgartapın qiyməti artıq 4.5 milyard dollar təşkil edir. Bu nəticə ilə o, dünyanın ən bahalı süni zəka startapı hesab edilir. Qeyd etmək lazımdır ki, SenseTime şirkəti hələ Aprel ayında 600 milyon dollar investisiya əldə etmişdi. Həmin vaxtda startapın dəyəri 3.5 milyard dollar təşkil edirdi.     Sonuncu investisiya ra ...

Biz sosial şəbəkələrdə
Sayğaclar