Siqaret və içki xərçəng riskini 15 dəfə artırır


Siqaret və içki xərçəng riskini 15 dəfə artırır


Siqaret çəkmək və alkoqoldan sui-istifadə meyllilik ağız boşluğu xərçəngi təhlükəsini 15 faiz artırır. Bunu Kubadakı xərçəng təhlükəsi komissiyasının rəhbəri, elmlər namizədi Xulio Sesar Santana Garay bildirib. O, bu barədə xəbərdarlığı Kuba paytaxtında 20 ölkədən olan mütəxəssislərin iştirakı ilə keçirilən “Stomatologiya-2010” beynəlxalq elmi konqresindəki çıxışında səsləndirib: “Siqaret çəkmək ağız boşluğunda xərçəng riskini beş dəfə artırır. Alkoqolizm isə üç dəfə. Beləliklə, bu iki zərərli vərdişin ahəngi ağız boşluğunda xərçəng yaranması ehtimalını 15 dəfə artırır”.

Alimin sözlərinə görə, siqaret və alkoqoldan başqa düzgün qoyulmayan protezlər, kariyesli dişlər, sonadək müalicə olunmamış zədələr, Günəşin dodaqları yandırması və lazımi gigiyenanın olmaması da ağız boşluğu xərçəngini yaradan səbəblərdəndir: “Xərçəng xəstəliklərinin qarşısının alınması çox vacibdir. Ağız boşluğu xərçəngindən xilas etmək mümkündür. Xəstəlik daha çox dildə, ağız boşluğunun aşağı hissəsində yaranır. Əgər xəstəlik vaxtında aşkarlansa, proqnoz yaxşıdır”.

Alim bildirib ki, xərçəngin qarşısının alınması üçün meyvə pəhrizi, xüsusilə, sitrus meyvələrindən fəal istifadə faydalıdır: “Kubanın portağal, narıngi, limon və digər sitrus bitkiləri becərilən əyalətlərində ağız boşluğu xərçənginə demək olar ki, rast gəlinmir

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar