İnformatika anlayışı, tərifi, predmeti, metodu və vəzifələri


İnformatika anlayışı, tərifi, predmeti, metodu və vəzifələri


“İnformatika” XX əsrin 60-cı illərində bir anlayış kimi fransız mütəxəssisləri elmi ədəbiyyata daxil edilmişdir. Elə həmin illərdən də informatika elmi formalaşmağa başlamışdır. İnformatika sözünün hərfi mənası “informasoya” və “avtomatika” sözlərinin ixtisar edilərək birləşdirilməsindən əmələ gəlmişdir. 70-ci illərə qədərki dövrdə xarici ölkələrdə bu elm “Computer Science” kompyuter və ya hesablaam texnikası vasitələri haqqında elm adlandırılmışdır. Lakin informatika məzmunu daha genişdir.
İnformatika verilənlərin hesablama texnikası vasitəsi ilə yaradılması, mühafizəsi, çevrilməsi, emalı və ötürülməsi üsullarını sistemləşdirən, həmin vasitələrin fəaliyyət prinsiplərinə və idarəetmə metodlarını öyrənən texniki elmdir. İnformatika informasiya metodları, vasitələri və texnologiyaları haqqında elmdir.
Məhdud mənada informatika qarşılıqlı əlaqədə olan üç komponentdən ibarətdir: informasiya daşıyıcıları, texniki vasitələr və alqoritmik vasitələr.
İnformatika predmetini aşağıdakı kimi anlayışlar təşkil edir:
-hesablama texnikasının vasitələrinin aparat təminatı;
-hesablama texnikasının vasitələrinin proqram təminatı;
-aparat və proqram təminatı vasitələrinin qarşılıqlı əlaqə vasitələri;
-aparat və proqram vasitələrilə insanın qarşılıqlı əlaqə vasitələri.
İnformatika qarşılıqlı əlaqə, qarşılıqlı təsir məsələlərinə xüsusi əhəmiyyət verir.İnterfeys-insanın aparat və proqram vasitələrilə qarşılıqlı əlaqə metodları və vasitələridir. Bununla əlaqədar olaraq aparat interfeysi, proqram interfeysi və aparat-proqram interfeysi fərqlənir.
İnformatikanın əsaas vəzifəsi hesablama texnikasının aprat və proqram vasitəsilə işin üsul və metodlarını sistemləşdirməkdən ibarətdir.
İnformatikanın aşağıdakı əsas vəzifələri var:
-hesablama sistemlərinin arxitekturu
- hesablama sistemlərinin interfeysi
-proqramlaşdırma
-informasiyanın mühafizəsi
-standartlaşdırma

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar