Wi-Fi haqqında


Wi-Fi haqqında

Son zamanlar şəhərin müxtəlif yerlərində "Wi-Fi"deyilən bir söz birləşmələrinə rast gəlirik. Oxunuşu ana dilimizə "Vay-Fay" kimi tələffüz edilir. Bəs Wi-Fi nədir? Bu haqda nələri bilməliyik?

Wi-Fi kompüterlərin lokal şəbəkəyə birləşdirilməsi və onların internetə qoşulmaq üçün müasir simsiz texnologiyasıdır. Wi-Fi abbreviaturası ilə hal-hazırda radiokanallar vasitəsilə rəqəmsal axınlarının bütöv bir ötürülmə standartlar ailəsi inkişaf edir. Qeyd edək ki, "Wi-Fi" sözü ingilis söz birləşməsi olan "Wireless Fidelity"-dən götürülmüşdür və tərcüməsi təxminən verilənlərin simsiz ötürülməsinin yüksək dəqiqliyi deməkdir.

Buna oxşar digər şəbəkə isə WLAN şəbəkələridir. WLAN-şəbəkələr də (Wireless Local Area Network) simsiz lokal şəbəkələrdir. Orada adi məftillər əvəzinə radiodalğalardan istifadə edilir. Bu cür şəbəkələrin quraşdırılması yalnız o yerlərdə tövsiyə olunur ki, orada kabel sisteminin quraşdırılması ya mümkün olmur, ya da ki, iqtisadi cəhətdən məqsədəuyğun deyildir. Simsiz şəbəkələr xüsusilə müəssisələrdə effektiv olur ki, orada işçilər iş günü ərzində müştərilərə qulluq etmək və ya informasiya toplamaq üçün müəssisə ərazisi daxilində aktiv yerdəyişmə edirlər.

Hal-hazırda dünyanın müxtəlif yerlərində meydanlarda, metrolarda, küçələrdə, hotellərdə Wi-Fi zonalar olur. İnsanlar istədikəri yerdə kompüter və ya mobil telefon vasitəsi ilə internetdən rahat istifadə edə bilirlər.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar